“İkinci Qarabağ müharibəsi veteranı Əli Bayramzadə problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi”

Bayramzadə Əli Nemət oğlu 44 günlük Vətən müharibəsi iştirakçısı olmuşdur. O, işğal altında olan torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Əli Bayramzadə müharibə veteranıdır və Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Göstərdiyi şücaətlərə görə Bayramzadə Əli “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

Müharibədən, orada yaşadığı çətin günlərdən sonra onun psixologiyasında problemlər yaranmağa başlayıb. Onun stessi artıb və həyəcan-təşviş pozuntusu yaranıb. Həmçinin müharibə veteranımızda əsəbilik də var, hadisələrə, ətrafında olanlara ani reaksiyalar verir. Bildirdiyinə görə, sinirləri çox həssasdır və əsəbiləşdikdə ətrafdakı əşyalara da xətər yetirir. Həmçinin, yuxusuzluğu və yuxu problemləri də var. Əsəbiliyi, sinirlərinin həssaslığı onda yuxu problermlərinin yaranmasına səbəb olmuşdur.

Bu problemləri səbəbindən müharibə veteranımız, Əli Bayramzadə Narınc Psixologiya Mərkəzinə üz tutmuşdur. Biz də, öz növbəmizdə Narınc ailəsi olaraq Vətən müharibəsi veteranımızın tezliklə bu problemlərdən qurtulması və sağlamlığına qovuşması üçün bacardığımız qədər köməklik göstərəcəyik. Uğurlu nəticələrimizi tezliklə bölüşəcəyik!

Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!