Kəkələməsi olan Zülfüqarın valideyni Narınc Psixologiya Mərkəzinə müraciət etdi

Kəkələməsi olan Zülfüqarın valideyni Narınc Psixologiya Mərkəzinə müraciət etdi

Zülfüqar balamız Salyan rayonunda yaşayır və 3 yaşı var. Zülfüqar balada 2 yaşından kəkələmə problemi yaranıb. Bu problem balamıza öz yaşıdları ilə münasibət qurmaqda,özünü ifadə etməkdə çətinlik yaradır. Həmçinin balamızda çəkingənlik də var. Zülfüqar bala bundan əvvəl bir neçə müddət terapiya görsə də, anasının bildirdiyinə görə faydası olmayıb. Valideynləri də kəkələməsinə və bunun onda yaratdığı problemlərə görə narahat olurlar. Elə bu səbəbdən də mərkəzimizə müraciət ediblər.

Biz də Narınc Psixologiya Mərkəzi olaraq, Zülfüqar balamızı ilkin müayinələrdən keçirdik və 1 aylıq terapiya müddəti təyin etdik. Zülfüqar balamız Xırdalan filialımızda terapiya görəcəkdir. Tezliklə, Zülfüqar balamız kompleks terapiyalar nəticəsində kəkələmə problemindən azad olacaqdır. Bu həm də, yeni açılan Xırdalan filialımızın ilk uğurlarından biri olacaqdır!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!