Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Müharibə İştirakçısı Hasil problemlərinə görə Narınc Rüstəmovaya müraciət etdi

Müharibə iştirakçılarımızdan olan oğlumuz, Hasil problemlərinə görə Narınc Rüstəmovaya müraciət etdi. Hasil oğlumuz 2003-cü ildə Qobustan rayonunda doğulub. O hərbi xidmətdə kəşfiyyatçı vəzifəsində olmuş və ona verilən tapşırıqları qəhrəmanlıqla yerinə yetirmişdir. Hasil “lokal anti-terror əməliyyatlarında” igidliklə iştirak etmiş və verilən tapşırıqları yerinə yetirmişdir.Təəssüf ki, öz hərbiçi yoldaşı Hasilin gözləri önündə şəhadətə ucalmışdır. Bu hadisə onu dərindən sarsıtmış və bir neçə problemlərin yaranmasına gətirib çıxarmışdır. Belə ki, gənc oğlumuzda stressdən,həyəcandan kəkələmə yaranmağa başlayıb. Həmçinin Hasilinin yuxu saatları da normadan aşağıdır, gün ərzində 4-5 saat yatır. Bu da onda əsəbilik, aqressiya yaradır.

 Narınc Rüstəmova Hasilin müraciətini cavabsız qoymadı və  elə Xəzər TV`də yayımlanan “Təsir dairəsi” verlişində Hasili möcüzəvi aparatla müayinə edib. Daha sonra diaqnoz qoydu və terapiya proqramı tərtib etdi. Hasil üçün xüsusi terapiya proqramı hazırlandı və 2 ay müddətində davam edəcədir. 2 ayın sonunda gözlə görüləcək qədər nəticə əldə etmiş olacağıq. Uğurlu nəticələrimiz tezliklə bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!