Daun sindromlu Elcanın valideyni Narınc Rüstəmova müraciət etdi
Elcan balamızın anası övladının problrmlərinə görə mərkəzimizə müraciət etdi. Belə ki, Elcan balamız həm Daun sindromludur, həm də, nitqində problem var. Həmçinin aqressivliyi, daxili gərginliyi də var. Nitqi demək olar ki, yoxdur, danışa bilmir. Eyni zamanda balamızda hiperaktivlik də var. Həmçinin Elcan balada diqqət əskikliyi və davranış pozuntusu da müşahidə edilir. Bütün bu problemlərə görə, […]
Əlikramın valideyni övladında olan problemlərə görə Narınc Rüstəmovaya müraciət etdi
14 yaşı olsa da yaşıdlarından geri qalan Əlikramın valideyni övladının problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi. Belə ki, Əlikram balada yaddaşsızlıq, öyrənmə çətinliyi, diqqət əskikliyi problemi var. Buna görə məktəbdə dərsləri də olduqca zəifdir, problemlər yaşayır. Çünki, Əlikram balanın 14 yaşı olsa da zəka yaşı 6 yaş səviyyəsindədir. Bu probleminə görə Əlikram bala ilə məktəb […]
Qazimiz Ülvi Kərimov övladlarının problemi üçün Narınc Rüstəmovaya müraciət etdi
Qazimiz Kərimov Ülvi İrfan oğlu 44 günlük Vətən müharibəsi zamanı döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş və Suqovuşan istiqamətində yaralanmışdır. Bütün bunlardan ailə üzvləri, xüsusən də qazimizin iki oğlu ağır travma keçimişdir. Elə bu səbəbdən də Qazimiz övladlarının terapiyası üçün Narınc Psixologiya Mərkəzinə üz tutdu. Yusif və Nəsif balamızda həyəcan-təşviş var.Bu da onlarda məktəbdə, dərlərində, özlərini ifadə […]
“Uşaq pedofiliyası: Xəstə ruhlar aramızda yaşayır”
Valideynin qorxmadan, çəkinmədən və uşağı danlamadan bu mövzunu onunla danışması, söhbət etməsi vacibdir.
“İnsan duyğularını necə İdarə edir?”
“Əslində həyatımızda baş verən bir çox şeylər əhəmiyyətli dərəcədə duğularımıza təsir edir. İnsan sosial varlıq olsa da, hər şeydən öncə bioloji, duyğusal varlıqdır və duyğuları, düşüncələri var. Duyğu, düşüncə və davranışımız bir-biri ilə əlaqəlidir, harmoniya təşkil edir. Buna bəzən “3D model” də deyirlər”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, […]
“Kuklanı ərə dəyişən qızlar – Kimdir günahkar?”
Ötən günlərdə 13 yaşlı Əfsanənin 44 yaşlı kişi ilə izdivac məqsədli tanışlığını və evdən qaçması xəbərini yayımlamışdıq. Bu hadisə sosial şəbəkələrdə və cəmiyyətdə etirazlara, ciddi müzakirələrə səbəb oldu. Bəziləri 13 yaşlı uşağı, bəziləri uşağın valideynlərini, başqa biriləri isə 44 yaşlı kişini qınadı. Aralarında sosial şəbəkələri günahlandıranlar da az olmadı. Bəs, cəmiyyətdə belə hadisələrin artmasında, azyaşlı […]
“İnsan çalışmalıdır ki, öz nəfsinə hakim olsun”
“İnanca görə gözdəymə mənfi bioenergetik təsirdir. Keçmişdən gələn bu inanca təsirdən insanın sağlamlığında, psixoloji vəziyyətində müəyyən problemlər yarana bilər. Yəqin ki, ətrafımızda bir çox insan “mənə göz dəydi, işlərim yaxşı getmədi” və ya “mənə nəzər dəydi planladığım iş düz getmədi, çətinliklə başa gəldi” kimi ifadələr eşidib. Ümumiyyətlə, insanların bir çox qismi göz dəymək, nəzər kimi […]
“Bütün İnsanlar müəyyən mənada keçmişə bağlıdırlar”
“Bütün insanlar müəyyən mənada keçmişə bağlıdırlar. İnsanların həyatında elə dönəmlər olur ki, keçmişi qəbullanmaq istəmir, davamlı olaraq keçmiş haqqında düşünür və keçmiş xatirələrdə ilişib qalır. Burada iki fərqli nüansı qeyd edə bilərik. Birincisi sadəcə keçmişdə, keçmiş duyğu və yaşantılarda ilişib qalan insanlar, ikincisi isə keçmişə baxıb, gələcəyini formalaşdıran insanlardır. Qeyd etdiyim birinci tip insanlar yəni […]
Nitqində, analama və qavramasınada problem olan Harunun atası Narınc Rüstəmovaya müraciət etdi
Harun balanın atası Gündüz Məmmədov oğlunun nitqindəki problemlərə görə mərkəzimizdən yardım istədi. Harun balanın nitqində problem var, danışa bilmir. Nitqi isə 1 yaşdan da aşağı səviyyədədir. Həmçinin balamızda anlama və qayvaramada da problemlər var. Eyni zamanda hiperaktivliyi də çox yüksək səviyyədədir. Təəssüf ki, Harun balamızın zəka yaşı da öz yaşı səviyyəsində deyil. Belə ki, Harun […]
“Depressiyanın sonu İntihar ola bilər!”
Sosial şəbəkələrdə və müxəlif xəbər portallarında yayılan məlumata görə Dənizkənarı bulvarda ana azyaşlı körpəsi ilə birlikdə intihara cəhd edib. Hadisə şahidlərinin sözlərinə görə, azyaşlı uşaq şəhər sakinlərinin köməyi ilə dənizdən sağ-salamat çıxarılıb. Qadının isə FHN-in xilasediciləri tərəfindən çıxarıldığı bildirilir. Ananın övladı ilə birlikdə intihara cəhd etməsi və məsələnin psixoloji tərəfləri haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və […]