Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Hansı uşaqlar daha çox yalan danışır

Hansı uşaqlar daha çox yalan danışır? sualı ilə araşdırma aparan elm adamları maraqlı nəticə əldə ediblər. Kanadadakı McGill universitetinin alimlərinin qənaətinə görə yalan dediyi üçün cəzalandırılan uşaqlar daha çox yalan danışır. 4-8 yaşında 372 uşağın qatıldığı araşdırma zamanı “düz danışmasan, bir həftə sənə kompüter yoxdur” – kimi cəzaların uşaqların yalan deməsini əngəlləmədiyi ortaya çıxıb. Cəza alacağını zənn edənlər daha çox yalan danışıb. Masanın üzərinə bir oyuncaq qoyulub və uşaqlardan 1 dəqiqə ona baxmaları istənilib. Kamerayla izlənilən uşaqların yüzdə 66-sı “Oyuncağa baxdınmı?” sualına “yox“ deyərək yalan danışıb. Oyuncağa baxdıqları təqdirdə cəzalandırılacaqları deyildiyində uşaqların daha çox yalan dediyi ortaya çıxıb. “Yalan danışmasan, xoşbəxt olarsan” deyilən uşaqlar daha az yalan danışıb. Belə nəticəyə gəlmək olar ki, “Yalan deməsən, məni sevindirərsən”, “düzgünlük xoşbəxt hiss elətdirir” kimi cümlələr qurularsa, o zaman uşaqlar daha az yalan danışmış olar. Mənbə: cazibə.info

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!