Insan özünə nəyə görə qəsd edər?

Son zamanlar cəmiyyətimizdə tez – tez rast gəlinən hallardan biridə suisid yəni insanların özlərinə qəsd etməsidir. Insanlar öz həyatlarına müxtəlif cür son qoyurlar.

Suisid – bir qayda olaraq ümidsizlikdən yaranan etiraz əlaməti kimi, şəxsi mənafeəsinin qorunması naminə fikirlərin dolaşması nəticəsində baş verir. Əsas amil isə yoxsulluq, işsizlik, itirmə qorxusu, ailə münasibətlərindəki anlaşılmazlıqlar və münaqişələr ucbatından baş verir. Buna səbəb insanda psixi problemlərə, depresiyaya səbəb ola bilər və bir çox hallarda intiharın səbəbləri tam məlum olmur. Intiharın səbəbləri kimi bu məqama toxunmaq isərdim. Daha çox cinsiyyət, şiddətə meyillilik, spirtli içki, narkomaniya, taksikomaniya və narkotik vasitələrdən asılılıq, yüksək həyəcan və ya hər hansı bir xəstəlik keçirən insanlar özlərinə qəsd etməyə cəhd edirlər. Əsasən xərçəng xəstəliyi keçirən insanlar intihara meyilli olurlar. Insan hər hansı bir problemlə rastlaşarssa onu həll edə bilməyəcəyini düşünür və çox təssüf ki, çıxış yolunu özünə qəsd etməkdə görür. Lakin düşünmürlərki hər bir problemin həlli yolu vardır. Sadəcə olaraq bunu düşünüb tapmaq lazımdır. Heç vaxt özünə qəsd bir çıxış yolu kimi düşünülməməlidir. Intihara meyilli insan bir növ özünə diqqət çəkmək məqsədi daşıyır. Yeniyetmələrdə əsasən ailədə münasibətlər öz yaşıdları ilə münasibətlərdə problemlər olarsa və qarşılıqsız sevgi yaşayırsa bu intihar üçün zəmin yarada bilir. Nəzərə alsaq dindar ailələrdə intihar hallarına çox az – az rast gəlinir. Müqəddəs Qurani – Kərimdə qeyd olunub. “Allah, öz – özünüzü öldürməyin – deyə buyurub.( Nisa, 4/ 29 ) Çətinliklərdən bezən, ümüdünü itirən və problemlərdən bir çıxış yolu görə bilməyən insanların intihara meyilli olurlar.

Allah belə buyurub!

Allahın rəhmətindən ümüdünüzü üzməyin, çünki Allahın rəhmətindən ümüdünü kəsən onu tanımayanlar, (inkar edən) dəstədir”.

Əziz valideyinlər, əgər övladlarınız bu halları müşahidə edirsinizsə bir tərəfli qərar verməyə tələsməyin. Mütləq şəkildə psixoloqa müraciət edərək, birlikdə bunu aradan qaldırmaq mümkündür.

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin Psixoloqu Vəfa Rəşidova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!