Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Kəkələyən uşaqların valideynləri nə etməli?!

Bəzi uşaqlarda görünən tutulma, təkrar və ya uzatma şəklindəki nitq qüsurları uşağınızın kəkələdiyi haqda dəqiq fikir söyləməyə əsas vermir. Siz ona kəkələyən desəniz, o da özünü kəkələyən olaraq görməyə başlayar.

Ilk olaraq uşağın danışığındaki ilişmə və təkrarlamalar problem edilməməlidir. Uşağın danışması mükafatlandırıcı hala gətirilməlidir. Ailə uşağa gözəl bir dinləyici olmaq üçün əlindən gələni etməlidir. Eyni zamanda valideynlər uşaqla şəxsi fikirlərini paylaşmalıdırlar ki, o da öz fikirlərini valideynləri ilə paylaşsın.

Valideynlərin nitqi hər zaman uşağa öz təsirini göstərir. Bu səbəbdən də valideynlərin kəkələməsi olan uşaqlarıyla danışarkən aşağıdakılara diqqət etmələri yararlı ola bilər;

  1. Danışarkən zaman-zaman dayanmalıdır.
  2. Yavaş-yavaş danışmalıdır.
  3. Qısa-bəsit cümlələr qurulmalıdır.
  4. Uşağı maraqlandıran şeylər haqqında danışmalıdırlar.
  5. Uşağın özgüvənini artıran fikirlər söyləməlidirlər. Ən bəsit davranışlarını qiymətləndirməli və təqdir etməlidirlər. Məs: “Çox sağ ol, nə dadlı su verdin mənə!” və s.
  6. Danışarkən uşağınızın gözlərinin içinə baxın. Göz təması uşağın özgüvəninin artmasına kömək edir. Göz təmasından qaçmaq isə uşağa acınacaq, zəif, yazıq bir varlıq olduğu mesajını verir.
  7. Daim narahat olaraq uşağınızın inkişafını yavaşlatmayın, bunun əvəzinə özünüzün və uşağınızın nitqini yavaşladın.

Ailələr aşağıdakı davranışları etməməyə çalışmalıdırlar.

  1. Uşağın nitqini düzəltmək, uşağa və nitqınə hər zaman nəzarət etmək.
  2. Uşağın danışığına ailənin digər üzvlərinin lağ etməsi.
  3. “Rahatla”, “yavaş danış” şəklində uşağın danışığına müdaxılə etmək.
  4. “Qısa cümlələr qur” kimi ifadələr işlətmək əvəzinə göstərərək örnək olun.
  5. Uşağa şiddət, basqı tətbiq etməyin, onu sıxışdirmayın!
  6. Uşağın kəkələməsi ilə bağlı onun yanında danışmayın.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!