Autist uşaqlarda qorxular

Psixodram

Autik uşaqların ən adi əşyalardan qorxduqlarını anlamaq çox çətin olur.

Adi, normal uşaqlarda müxtəlif qorxular olur:

  • Tək qalmaq qorxusu
  • Qorxulu yuxular
  • Qaranlıq otaq
  • Qorxunc nağıl qəhrəmanları
  • Ölüm qorxusu
  • Hündürlükdən, dərinlikdən, təbiət hadisələrindən yaranan qorxu
  • Yanğın, müharibələr və s.

Autik uşaqların dünyasında da müxtəlif qorxular vardır. Amma autik uşaqların qorxuları adi uşaqların qorxularından öz spesifik xüsusiyyətlərinə görə fərqlənir.

Belə uşaqların qorxuları müxtəlif və fərqlidir: kimsə qaranlıqdan, kimsə sudan, kimsə televizor və ya tozsorandan və s. qorxur.

Autik uşaqların ən adi əşyalardan qorxduqlarını anlamaq çox çətin olur.

Ümumiyyətlə, hər bir autist uşaqda bir çox qorxular olur. Bu qorxular illər boyu davam edə bilər.Təəssüflə qeyd etmək lazımdır ki, belə vəziyyətdə psixikanın qoruyucu mexanizmləri işləmir, bu da uşağın inkişafına mənfi təsir göstərir.

Autik uşaqların qorxuları onların davranışlarında həmişə zahirən görünmür. Bu qorxular şüuraltı dərinliklərdə gizlənərək uşağa əziyyət verir. Hətta ən yaxın adamlar uşağın həqiqi vəziyyəti haqqında tam xəbərsiz olurlar.

Qorxuların mövcudluğu uşağı daima gərgin vəziyyətdə saxlayır ki, bu da

sözsüz ki, inkişafa mane olur.

Terapevtik oyun

Qorxunu dəf etməyə çox gözəl şans verən metod – terapevtik oyundur. Əgər biz uşaqda qorxunun mənbəyini biliriksə, terapevtik oyun vasitəsilə uşağın qəribə davranışını müşahidə etməklə ondan qurtula bilərik. Ancaq bu asan deyil. Vəziyyəti anlamaq üçün uşağın yaxınları ilə onun ətraflı analizini keçirmək lazımdır. Açıq söhbətdən məhz hansı vəziyyətdə uşağın travma almasını aydınlaşdırmaq olar.

Terapevtik oyunun gedişatında uşaqda xüsusi emosional vəziyyət yaranır və o, hərəkətləri sürətlə yerinə yetirməyə çalışır. Məsələn: manna ilə oyun vaxtı uşaq birdən yan otağa qaçır və maşınla qayıdıb qorxunc səslə: “maşın”deyir və ya su ilə oynayarkən dəsmalı tutub qəflətən böyüklərə əlini qaldıraraq qışqırır. Burada psixodram vaxtı uşaqda qorxunun nədən yaranması məlum olur.

Beləliklə, oyun zamanı uşağın hərəkətləri və fikirləri gərgin olana qədər obrazları dəfələrlə yenidən yaratmaqla psixodramı davam etdirmək və müvəffəqiyyətlə sona yetirməklə qorxulara qalib gəlmək olar.

Qeyd edək ki, autik uşağın qorxuları müxtəlif olduğu üçün psixodramın variantları da fərqlidir.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!