Uşaqlarda qorxu hissi

Hər kəs həyatda qorxu hissini yaşamışdır. Uşaqlar üçün də qorxu inkişafın normal bir parçasıdır. Qorxu uşaqların inkişafının bir hissəsidir.

Bir uşağın nə vaxt və nədən qorxacağını müəyyən etmək olduqca çətindir. Çünki qorxunun meydana gəlməsində ətraf mühit, keçmiş hadisələr və o andakı psixofizioloji vəziyyət rol oynayır. Qorxular əsasən yaşa paralel olaraq artır.

Uşaqların analarına bağlanmasının ən mühüm səbəblərindən biri ananın körpədəki qorxunu azaltma qabiliyyətidir. Uşaq ilk dəfə velosiped öyrənərkən ananın üzündəki ifadə və davranışına diqqət yetirir. Əgər ana, uşağa dəstək verirsə və onun getdikcə özünə etimad qazanmasını və müstəqil olmasını təmin edirsə, uşaq velosipedə minməyi zövqlü bir hal kimi qəbul edəcək və bütün diqqətini buna yönəldəcəkdir. Uşaq bu öyrənmə prosesini yaşayarkən ana daim narahat bir üz ifadəsi ilə onu izləyər və xəbərdarlıqlar edərsə və ya onu danlasa, uşaq diqqətini verməsi lazım olan tədbirdən çox anaya diqqət edəcəkdir. Uşaqda bu vəziyyətlə bağlı olaraq ortaya çıxan qorxusu getdikcə artacaqdır.

Uşaq 3 yaşından etibarən cəmiyyətin qaydaları ilə tanış olmağa başlayır. Artıq istədiyini etməkdə əvvəlki qədər azad olmaz. Bunun nəticəsində, uşaq özünü bu çətin vəziyyətə salan ana və atasına qarşı bir qəzəb hissi keçirməyə başlayır, ancaq bu duyğusunu onlara əks etdirməyə çəkinir. Ona narahatlıq verən bu vəziyyətlə baş edə bilmək üçün, ana və atasını, ya da ümumiyyətlə cəmiyyəti və qaydaları təmsil edən bəzi qorxuducu fiqurlar taparaq, qorxu və günah duyğularını onlara əks etdirir. Yuxuya getməzdən əvvəl uşaq şüurla şüurxarici arasındadır. İçində topladığı əsəbləri hiss edər, bunları yatıracaq gücü özündə tapmaqda çətinlik çəkir. O zaman da, əslində bu hisslərin baş verməsinə səbəb olan, amma eyni zamanda da ona dəstək olan və güvən verən anasını və ya atasını yanında istəyir. Onlar yanında olduğu zaman onların varlığından və sevgisindən əmin olar və yuxuya gedər. Qaranlıq uşağın özünə nəzarətini itirmiş kimi hiss etdiyi bir andır və narahatlıq vericidir. Bu narahatçılıqla baş etmək üçün də yenə bir xarici dəstəyə ehtiyac duyar.

Uşaqlarda bəzi qorxuların yaranmasına valideynlərin və digər yaşlıların yanlış ifadələri təsir göstərir. Dəcəllik etsən səni dilənçilərə verərik, səni itə atarıq yesin və ya ağlasan biz ölərik kimi sözlər uşaqların bəzi qorxularının inkişafına səbəb olar. Bununla yanaşı, uşaqda var olanqorxuların üstünə onu anlamağa çalışmadan getmək də uşaqların qorxu hisslərinin artmasına səbəb olur. Qaranlıqdan qorxan uşağı qaranlıqda qalmağa məcbur etmək onun qaranlıqla bağlı qorxusunun daha da artmasına səbəb olar.

Ən yayılmış qorxulardan biri də həkim qorxusudur xüsusilə də diş həkimi qorxusu. Uşaqların canı ağrıdıqda siz onlara ağrımayacaq deməyiniz işə yaramaz. Uşaqlara bu zaman söyləniləcək sözlərin seçimi çox önəmlidir. Belə ki, ya onları sakitləşdirər ya da qorxusunu artırar. Peyvənd, iynə demək yerinə həkim indi səni bir ağcaqanad dişləyəcək deyə bilər. Diş həkimi dişi keyləşdirəcək yerinə dişi yuxuya aparacaq deyə bilər.

Necə kömək edə bilərəm?

Uşağınızın qorxularını dinləyin. Onu anladığınızı bildirən mesajlar verin. Yaşadıqları onun üçün gerçəkdir. Bu səbəbdən lağ etməyin, mühakimə etməyin. Bir çox nağıl və uşaq kitabı qorxu və qorxuya qalib gəlmə məsələsini işləyir. Nağıllardan istifadə etmək əlaqənizi asanlaşdırar.

Qorxular bilgi əksikliyindən qaynaqlanır. Çox vaxt uşağa ehtiyac duyduğu biliyi verdikdən sonra çox qısa zamanda bu qorxulardan qurtulduğunu görürsünüz.

Qorxusu haqqında danışmasına şərait yaradın. Onların hər zaman sizin qayğınıza və dəstəyinizə ehtiyacları var.

Qorxusunu təsvir etdirin. Uşağınızla danışarkən onun dilində danışın, sadəcə duymaq istədiyi məlumatı verin.

Danışdıqdan sonra qorxunun səbəbini düşünün, araşdırın.

Duyğularını haqlı hesab edin. Uşaq itdən qorxduğunu söyədikdə heç itdən qorxulur mu demək yerinə, haqlısan səni dişləyə bilər demək daha doğrudur.

Onları ürəkləndirin. Qaranlıqdan qorxursa otağına gecə lampası qoyun, otağın qapısını açıq qoyun.

Uşaqlara rəsm çəkdirin. Rəsm vasitəsilə həm onların duyğularını öyrənə bilərsiz, həm də hə yolu tapmaqda istifadə edə bilərsiniz.

Uşaqların qorxuarı yaşa görə dəyişir mi?

2-6 yaş arası qorxulara tez-tez rast gəlinir. Bu yaşda qorxular ümumilikdə məntiqdən uzaqdır. Qaranlıq, göy gurultusu, aiələdən uzaq qalma qorxuları vardır. 7-12 yaşlarda daha konkret şeylərdən qorxurlar. Yaralanmaqdan, it və digər heyvanlardan, özlərinə zərər verə biləcək digər insanlardan, filmlərdən qorxular başlar. Ən tipik olan da cinlər və ruhlardır. İmtahandan qalmaq, sinifdə qalmaq kimi məktəblə bağlı qorxular da bu dövrə aiddir. 13-18 yaşlarında isə daha çox ictimai qorxular başlayır. Cəmiyyət içərisində yaşanacaqlardan, bəyənilməməkdən, siyasi mühitlərə dair qorxular başalayar.

Cinlər və ruhlara dair qorxular qaranlıq qorxusu ilə birlikdə yaranır. Uşaqlar üçün qaranlıqda hər şey fərqlidir və qaranlıqda özlərini tənha hiss edərlər. Uşaq qorxduğu zaman istehza edib gülsəniz, bu mövzu haqqında danışılmasa uşaqda qorxu qalır. Valideynin sevgi və səbrindən əmin olan uşaq, əmin olmayan və qorxan uşağa görə özünü daha yaxşı hiss edər.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!