Tourette sindromu

Səs çıxarma və söz söyləmə şəklindəki tiklər,digər bədən hərəkətləri ilə əlaqədar tiklərlə birlikdə görülsə,Tourette sindromu adı verilən xüsusi bir vəziyyətdən bəhs edilir.Səs çıxarma şəklindəki tiklər boğaz təmizləmə, səs çıxarmadan mövzü xarici müəyyən sözləri ya da deyilişləri təkrarlama,açıq- saçıq sözlər,istifadə etdiyi son səsi və öz söylədiklərini və ya eşitdiyi son səsi və cümləni təkrarlaması şəklində ortaya çıxır.Əvvəllər tourette sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı,həm də senzuradan kənar,cəmiyyətdə yersiz və təhqiredici hesab olunan söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu.İndiki dövrdə bu sindrom geniş yayılıb.Üstəlik həmişə düzgün diaqnoz qoymaq mümkün olmur,çünki əksər hallarda simptomlar yüngül formada müşahidə olunur.Tourette sindromu olan şəxslərin intellekt səviyyəsi, ömür müddəti normada olur.

Səbəbi tam olaraq bilinməməsi ilə birlikdə,tiklərin meydana gəlməsində genetik və ekoloji faktorların rol oynadığı düşünülməkdədir.Neyronlardan biri olan dopaminin anormal maddələr mübadiləsidən qaynaqlandığına dair dəlillər tapılmışdır.Tik əlamətləri ümümiyyətlə,gərginlik verən bir hadisə sonrasında artır.Ailə və ətraf tərəfindən edilən xəbərdarlıqlar ilə cəzalandırmalar tiklərdə artıma səbəb ola bilər.Tiklərin genetik xüsusiyyəti diqqətə çarpan olub,yaxın qohumlarda tiklər olan uşaqlarda daha sıx rast gəlinir.Tiklər əsasən uşaq və yetkin yaş dövrlərində başlayır.Ən sıx görüldüyü yaşlar 7-12 arasındadır.Tiklər obsessiv kompulsiv pozuntu və ya diqqət əksikliyi pozuntusuna sahib olanlar arasında daha çox yayılmışdır.İki tip tik mövcuddur: Fiziki motor tiklər (motor hərəkətlər-göz qirpma,başı və ya bədənin hər hansı bir hissəsini tərpətmə kimi), Səslə bağlı tiklər (vokal tiklər -xırıltı sözlər və cümlələr kimi çıxarılan səslər)Tiklərin 2 başlıca sinifləndirilməsi mövcuddur:Sadə tiklər- bu tək 1 səs çıxarmaq,ya da tək bir əzələni hərəkət etdirməklə əlaqəli ola bilər. Sadə fiziki tiklərə aid olanlar:

  • Göz qirpmaq
  • gözlərdə oynama
  • dişlərini bir-birinə sürtmək
  • gözləri çevirmək
  • dili bayıra çıxarmaq

Sadə səsli tiklərə aid olanlar

  • üfürmək
  • boğazı təmizləmək
  • öskürmək
  • qışqırmaq
  • iyləmək

Kompleks fiziki tiklərə aiddir

koproproksi -düzgün olmayan əl-qol hərəkəti etmək
ekoproksi-başqa insanların hərəkətini təqlid etmək,qanad çırpmağa bənzəyən hərəkətlər,tullanma, titrəmə,əşyaları iyləmək,başqalarına toxunmaq
Kompleks səs tiklərinə aiddir:

  • insanın səs tonunda dəyişmə
  • exolaliya-başqasının söylədiklərini təkrar etmək
  • palilaliya-eyni cümlənin təkrar-təkrar söyləmək
  • koprolaliya-düzgün olmayan söz və cümlələri qışqırmaq ya da demək

Tiklərin artmasında uşaqların ünsiyyətdə olduğu ana,ata və müəllimin rolu əhəmiyyətlidir.Çünki böyüklər,uşaqlarda ortaya çıxan tiklər səbəbiylə narahat olaraq,uşağın hər davranışına nəzarət etməyə çalışır.Böyüklərin uşaqları davamlı xəbərdar edərək özlərinə nəzarət etmələrini istəmələri,iki şəkildə təsirli olaraq uşaqlarda tiklərin möhkəmlənməsinə gətirib çıxarır.Ana- atanın qayğısı səbəbiylə uşaq davranışlarına nəzarət etməyə çalışır.Nəticədə yaşadığı gərginlik tiklərin daha çox ortaya çıxmasına səbəb olur.Bu səbəblə tikləri söndürmə və yox etmədə ailə- müəllim əməkdaşlığı vacibdir,müəllim tərəfindən uşağın,tikləri ucbatından davamlı danlanılması məktəbdən uzaqlaşmasına səbəb ola bilər.Əksər hallarda müalicəyə ehtiyac duyulmur.Çünki hər bir konkret tik üçün effektiv ola bilən dərman vasitəsi mövcud deyil, lakin xəstənin vəziyyətini yaxşılaşdıran dərmanların və müalicə metodlarının tətbiqi özünü doğruldur.Təlimlər, xəstəlik haqqında məlumatın verilməsi və psixoloji dəstək müalicə planının vacib tərkib hissəsidir..Əgər uşaq tikləri evdən xarici mühitdə deyil,müəyyən vəziyyətlərdə göstərirsə bunun səbəblərinin qiymətləndirilməsi lazım olacaq.Gərginliyin artdığı,ya da çox diqqət göstərildiyi vəziyyətlər təsbit edildiyində gərginliyin azaldılması, dəstək və diqqətin uşağın müsbət istiqamətlərinə yönəldilməsi tiklərin ortadan qalxmasına köməkçi olar.Həmçinin, rəqabətçi idman oyunları, maraqlı kitab oxuma, rahatlama texnikalarını öyrənmək tiklərin sağalmasına kömək ola bilər.

Sindrom Jan Marten Şarko tərəfindən şagirdi və bu xəstəliyin görüldüyü 9 nəfər haqqında 1885-ci ildə hesabat dərc etdirmiş fransız həkimi və nevroloqu Jil de la Turetin şərəfinə adlandırılmışdır.

Əhmədova Samirə

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!