I Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı

2017-ci il 2-3 İyun tarixlərində AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Narınc Uşaq Psixologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “I Beynəlxalq Ailə və Uşaq Psixologiyası konfransı” keçirildi. Konfransdan öncə AMEA Mərkəzi Elmi Kitabxanasında rəsmi açılış mərasimi baş tutdu. Açılışda ölkəmizin bir sıra qabaqcıl ziyalıları açılış nitqi söylərək təşkilatçıları belə təşəbbüslərinə görə təbrik etdilər! Dəvətimizi qəbul edib konfransımızın açılış mərasimində iştirak edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovaya, Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru,AMEA-nın fəlsəfə,sosiologiya və sosial psixologiya şöbəsinin müdiri Rəfiqə Əzimovaya,YAP Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva və Zamin Süleymanova,Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Qəzənfərqınıza,- ilahiyyatçı-alim, “İçərişəhər” cümə məscidinin axundu Hacı Surxay Məmmədliyə,A.R .Təhsil Problemləri İnstitutunun inklüziv təhsil şöbəsinin müdiri Lalə İmanovaya və yanımızda olan, yanımızda ola bilməyib qəlbi bizimlə olan bütün qonaqlarımıza ,dostlarımıza dərin təşəkkürlərimizi bildiririk!

https://www.facebook.com/media/set/?set=a.771867372981896&type=3

https://www.facebook.com/media/set/?set=a.771051989730101&type=3

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!