Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

30.09.2022-02.10.2022 Tarixlərində Bakıda “Təhsil sərgisi” keçirildi.

Sentyabrın 30-da Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Gələcəyini inşa et!” devizi ilə təhsil sərgi-yarmarkası – “BYF EduExpo 2022” keçirildi.

Sentyabrın 30-dan oktyabrın 2-dək baş tutan sərgidə 50 şirkət iştirak etdi . Sərgi çərçivəsində təhsil, psixologiya və fərdi inkişaf ekspertləri tərəfindən müvafiq mövzularda seminarlar, sərgi iştirakçıları üçün “B2B” və “B2C” görüşlər həyata keçirildi.

Sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə etdilər.

“Gələcəyini inşa et!” devizi altında keçirilən təhsil sərgi-yarmarkasında ilk günündə Dr. Nadir Əlirzalı Koqnitiv Nevrologiya üzrə f.e.d.Erqoterapiya üzrə elmlər magistri Sosial Rifah və Reabilitasiya Elmləri Universiteti, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, Phd Elnur Rüstəmov, Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin Üzvü, Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “İnkişaf və Yaş Psixologiyası Şöbəsi” nin kiçik elmi işçisi, klinik psixoloq Narınc Rüstəmova, möcüzəvi aparatlar üzrə baş mütəxəssis Nuridə xanım və digər mütəxəsisslərimiz iştirak edib.

🔸Sərgidə möcüzəvi neurofeedback, tDCS, neurofeedback robotu, liTMS, forbrain və digər aparatlarımız təqdim olunub, verdiyi uğurlu nəticələrdən danışılıb və praktiki olaraq istifadəsi göstərilib.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!