tDCS – Transkranial birbaşa cərəyan stimulyasiyası

Transkranial birbaşa cərəyan – baş dərisinə elektrodlar vasitəsilə çatdırılan sabit, aşağı, birbaşa cərəyandan istifadə edən neyromodulyasiya formasıdır. O beyin zədəsi, psixiatrik vəziyyəti və böyük depressiv pozğunluğu olan xəstələrə kömək etmək üçün nəzərdə tutulmuşdur. tDCS minimum zədə riski ilə təhlükəsiz, qeyri-invaziv beyin stimullaşdırılması hesab olunur. O, zəif elektrik cərəyanını (0-2 mA) baş dərisindəki elektrodlar vasitəsilə ya müsbət elektroddan, ya da mənfi elektroddan istifadə edərək beynin müəyyən bölgələrinə ötürür. Seanslar 20 – 25 dəqiqə davam edir. Seansların sayı baş mütəxəssisin təyin etdiyi diaqnoza əsasən təyin olunur.

Necə tətbiq edilir? TDCS cihazını qurmaq üçün elektrodları və dərini hazırlamaq lazımdır. Elektrodlar başın üstünə yerləşdirilir və elastik bir kəmər ilə saxlanılır. Elektrodların diqqətli yerləşdirilməsi uğurlu tDCS texnikası üçün çox vacibdir. Beynin müəyyən bölgələrinə yerləşdirilmiş iki elektroddan biri “anod”, digəri isə “katod” adlanır. tDCS bir sahəyə elektrodlar vasitəsilə müsbət (anod) və ya mənfi (katod) cərəyanı tətbiq etməklə işləyir. Seans başladıqda cərəyan cihazdan elektroda sonra isə beyinə keçir. 1-2 mA arasında sabit cərəyan tətbiq edilir. Seans 20-25 dəqiqə davam edir. tDCS zamanı insanlar baş dərisində yüngül qaşınma hiss edirlər. Bu hisslər ağrılı deyil.

Mərkəzi ağrı sindromları. Tədqiqatlar göstərir ki, tDCS fibromialgi, onurğa beyni zədəsi və insultdan sonrakı xroniki ağrılardan əziyyət çəkənlərə motor  bacarıqlarını və motor öyrənməni yaxşılaşdırmaqda kömək edir.

Diqqət, yadda saxlama və öyrənmə. tDCS diqqəti yaxşılaşdırmağa, yaddaşı gücləndirməyə və öyrənmə qabiliyyətinə kömək edir. Həmçinin beyin hesablama sürətini gücləndirir.

Əhval dəyişikliyi, yuxu pozğunluğu, depressiya. tDCS yuxu keyfiyyətini modulyasiya etmək və yuxusuzluq kimi yuxu pozğunluqlarının simptomlarını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. O həmçinin əhval-ruhiyyəni tənzimləyir, əhval dəyişikliyi problemi olan xəstələrə kömək edir. Bundan əlavə tDCS istək, asılılıq və yemək pozğunluğu ilə əlaqəli simptomlara kömək edir.

TDCS-dən ümumiyyətlə aşağıdakı problemlər zamanı istifadə olunur.

  • Autizm sindromu;
  • Disleksiya;
  • Diqqət əksikliyi və hiperaktivlik;
  • Psixi və nitq inkişaf ləngiməsi;
  • Afaziya (nitqin itməsi);
  • Kəskin və xroniki ağrılar;
  • Motor gerilik;
  • Panik-atak;
  • Depressiya və stress;
  • Yuxu poblemləri;
  • Miqren və baş ağrıları;
  • Siqaret və maddə asılılıqları;
  • İnsultdan sonra reabilitasiya zamanı.

tDCS- əks göstərişlər. Kimlərə olmaz?  Epilepsiyası olanlara, beyində tətbiq sahəsinə yerləşdirilən aparat və ya metal implant, koxlear implant olanlara, başında şiş, kista olanlara tətbiq edilə bilməz.

Xalqlar dostluğu filialı tDSC üzrə mütəxəssis
Kəmalə Cəfərova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!