Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Neurofeedback Terapiyası Haqqında

Neurofeedback insanın öz beyin dalğalarının dəyişdirilməsinə kömək olan bir öyrənmə strategiyasıdır, beyin dalğalarının təlimi ilə məşğul olur. Necə ki, ürəyin elektrik fəaliyyətini müşahidə etmək uçün ürəyin EKQ -si çəkildiyi kimi, beyində dəyşikliklərə səbəb olan şərtləri aşkar etmək və düzəltmək üçün Neurofeedback tətbiq edilir.

Neurofeedback beyinin plastiklik nəzəriyəsindən istifadə edir. Beyinin plastiklik nəzəriyyəsi nədir deyə soruşularsa, insanın ağıl və şəxsiyyət xüsusiyyətləri baxımından dəyişə biləcəyi ən mühüm elmi göstəricidir və plastiklik xüsusiyyətinin hüceyrələrarası əlaqələrin sayını artırdığı məlumdur. Yəni, hər kəsin bildiyi beyin hüceyrələri çoxalmır, lakin plastiklik xüsusiyyəti ilə dəyişə bilir. Bizim burda əsas bazamız beyin dalğalarımızdır. Daha ətraflı tanış olaq:

1. Delta dalğaları (1-3 Hz) – ən yüksək dalğa amplituduna sahib olanlardır, yəni onların tezliyi çox aşağıdır. Nadir hallarda xəyal etdiyiniz mərhələ olan dərin yuxu fazası üçün xarakterikdir.

1) Delta dalğası çox olduqda:

  • beyin zədələnməsi
  • öyrənmə problemləri
  • diqqət pozuntusu

2) Delta dalğası az olduqda:

  • yuxu pozuntusu

3) Delta dalğası normal olduqda:

  • immunitet sistemi düzgün işləməsi
  • təbii sağalma
  • dərin yuxu
  • cavanlaşma

2. Teta dalğaları (3,5-7,5 Hz) – deltadan sonra teta dalğaları ən yüksək dalğa amplituduna sahib olanlardır. Sizi dərin bir sakit vəziyyətlə əlaqələndirir: rahatlama və xatirələrə dalma, eyni zamanda xəyal etdiyimiz yuxu mərhələsilə əlaqəlidir.

Nəticə etibarilə bu dalğalar fəaliyyətə keçdikdə, ətrafımızda baş verənlərdən ayrılmış və xəyali təcrübələrə yönəlmiş oluruq.

Teta yuxarı olanda: Depressiv pozuntu, diqqət əksikliyi.
Teta aşağı olanda: Stress, aşağı emosional özgüvənlik.

1) Teta dalğası çox olduqda:

  • diqqət əksikliyi
  • depressiya
  • hiperaktivlik

2) Teta dalğası az olduqda:

  • iztirab
  • zəif duyğulu şüur
  • stress

3) Teta dalğası normal olduqda:

  • yaradıcılıq
  • duyğulu əlaqə
  • sakitlik
  • şüursuz ağıl
  • istedad

3. Alfa dalğaları (8-13 Hz)- insanın gümrah, rahat, sakit psixoloji vəziyyətində generasiya olunur. Beyin alfa vəziyyətində hüzurun, diqqət və konsentrasiyanın, özünüdərkin, yaradıcılıq və təxəyyülün ən yüksək səviyyəsinə çatır. Sağ alfa sol alfadan böyük olmalıdır, olmazsa depressiya var.

Alfa yuxarı olanda: Fokuslanmada problem, aşağı enerji
Alfa aşağı olanda: Həyəcan-təşviş, stress, yuxusuzluq.
Alfa dalğası 8-dən aşağı olarsa, teta dalğasına keçir. (Yuxulama vəziyyətinə), 13-dən yuxarı olarsa, beta dalğasına keçir. (hansısa 1 vəziyyəti fikirləşmək)

Alfa çox olduqda:

  • xəyala dalmaq
  • fikrin pərakəndə olması
  • laqeydlik

Alfa az olduqda:

  • iztirab
  • vasvasılıq
  • unutqanlıq
  • şiddətli stress

Alfa normal olduqda:

  • dincəlmə vəziyyəti

4. Beta dalğaları (13-21 Hz) – tam diqqətli olarkən, oyaqkən, maşın sürərkən normal fokuslanmanıza kömək edir. Sol beta sağ betadan böyük olmalıdır. Əgər olmazsa, qarışıq depressiya, təşviş həyəcan narahatlıqlar var deməkdir.

Düşük beta – (12-15 Hz)
Orta beta – (15-18 Hz)
Yüksək beta – (18+ Hz)

Beta yuxarı olanda: həyəcan-təşviş, stress
Beta aşağı olanda: Depressiv əhval

1) Beta dalğası çox olduqda:

  • adrenalin
  • iztirab
  • həyəcanlanma
  • dincəlməmə
  • stress

2) Beta dalğası az olduqda:

  • diqqət əksikliyi
  • hiperaktivlik
  • təsir altında olma
  • idrak problemləri

3) Beta dalğası normal olduqda:

  • şüurlu diqqətli olmaq
  • yaddaş
  • problemlərin həlli

5. Qamma dalğaları (25-100 Hz)- ən yüksək tezlik və ən aşağı amplituda sahib olub, beyin dalğaları növüdür. Onlar oyanıq vəziyyətində görünürlər və varlığının şüurun görünüşü ilə əlaqəli olduğuna inanılır, diqqət mərkəzinin genişlənməsi və yaddaşın idarə olunması ilə əlaqədardır.

Neurofeedback terapiyasında xəstənin başına yerləşdirilən elektrodların köməyi ilə kompüter cihazına birləşdirilir. Elektrodlar beyindən gələn elektirik nümunələrini ölçür və onları ekranda əks etdirir. Beyinə heç bir elektirik cərəyanı ötürmür. Neurofeedback bir çox xəstəliklərdə istifadə olunur bununla yanaşı isə stress, əsəb, yuxusuzluq, depressiya, yaddaş zəifliyi, miqren, maddə aslılığı, autizm sindromu, davranış pozuntusu, panik atak, həyəcan-təşviş kimi problemlərin aradan qaldırılmasında istifadə olunur və faydalıdır.

Neurofeedback təliminin effektivliyi, oxşar simptomları olan digər şərtlər üçün qurulmuş təlim protokollarına əsaslanaraq autistik spektr uşaqlarda qiymətləndirilmişdir. Neurofeedback təlimi olan autistik spektrli uşaqlar autizm simptomlarında və davranışlarında əhəmiyyətli irəliləyiş göstərib. Yaxşılaşmanın həddi ilkin kəskinlikdən və yaşdan aslı deyildir. Neurofeedback autizmin simtomlarının müalicəsində effektivliyini sübut edə biləcək dərəcədədir.

Narınc Psixologiya Mərkəzinin Salyan filialının Neurofeedback aparatı üzrə mütəxəssisi
Raqilə Zamanova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!