“Psixologiya Elmi-Tədqiqat İnstitutunda Şəhid ailələri İlə görüş təşkil olunub.”

27.12.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri , Şəhid Palkovnik-Leytenant  Raquf Orucovun xanımı Sevinc Alızadə və şəhid  xanımları ilə görüş keçirilib. Keçirilən görüşdə Şəhid Polkovnik-Leytenant Orxan Əkbərovun xanımı Ələkbərova Nuranə, Şəhid Qubatov Zülfiqarın xanımı Qubatova Aynur, Şəhid Mirzə Axundovun xanımı Axundova Sübnaz, Şəhid Mehman Şirvanovun xanımı Arzu Şirvanova, Şəhid Əsgərov Xəqaninin xanımı Əsgərova Bəyaz, Şəhid Ayaz İmamzadənin xanımı İmamzadə Gülşən, Şəhid Səfərov Hikmətin xanımı Səfərova Gülnarə, Şəhid İsmayılov Natiqin xanımı İsmayılova Nigar, Şəhid Elnur Hacıyevin xanımı Hacıyeva Elnarə , Şəhid mayor Emin Süleymanovun xanımı Süleymanova Məshəti, Şəhid Baş Leytenant Zakirov Elvinin xanımı Zakirova Samirə, Şəhid Baş Leytenant Nurzadə Rövşənin xanımı Quminskaya Təranə, Şəhid Anar Əliyevin xanımı Əliyeva Vüsalə iştirak ediblər.

Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun şöbə müdirləri, İnstitutun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova iştirak ediblər.

 Tədbiri giriş sözü ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov açıb və bildirib ki, institut olaraq “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə daimi əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində şəhid xanımlarına, övladlarına  psixoloji xidmətlərin təşkili, həmçinin ixtisas uyğunluğu olan şəhid xanımlarının institutun ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır. Peşəkar kurslar və proqramın onların mütəxəssis kimi yetişməsində mühüm rol oynayacağını qeyd edən Elnur Rüstəmov həmçinin vurğulayıb ki, proqramı yüksək nailiyyətlərlə başa vuran şəxslər institutda və digər psixoloji mərkəzlərdə işlə təmin olunacaqlar. Eyni zamanda, koordinasiya şurası yaradılacaq və şəhid xanımlarına ailə- təlim proqramı keçiriləcək. Proqram uşaq, yeniyetmə və yetkin psixologiyasını əhatə edəcək. Sədr bildirib ki, bu əməkdaşlığın daha səmərəli  və davamlı həyata keçirilməsini təmin etmək məqsədilə yaxın günlərdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə memorandum imzalancaq.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki,  institutla bu istiqamətdə əməkdaşlıq şəhid xanımları və övladları üçün çox faydalı olacaq. Sevinc xanım vurğulayıb ki, şəhid ailələrinə dövlət və özəl qurumlar tərəfindən, ümumiyyətlə cəmiyyətimizdə həmişə xüsusi diqqət, qayğı var və bununla yanaşı onlara davamlı olaraq peşəkar psixoloji yardımın göstərilməsi də bu dəstəyin əsas istiqamətlərindən biri olmalıdır.

Daha sonra Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova çıxış edib və qeyd edib ki, institutun heyəti mütəmadi olaraq şəhid və qazi ailələrinə psixoloji yardım göstərir. Bu əməkdaşlıq gələcəkdə daha çox şəhid ailələrinə və övladlarına peşəkar psixoloji dəstəyin göstərilməsinə imkan yaradacaq. O vurğulayıb  ki, hər bir şəhid ailəsi, övladı hər birimizin baş tacıdır. Eyni zamanda institutla paralel şəkildə Narınc Psixologiya mərkəzi də öz üzərinə düşən vəzifəni yerinə yetirir və istər şəhid ailələrinə, istərsə də qazilərimizə mütəmadi olaraq psixoloji yardımlar göstərilir və müxtəlif psixoloji müayinələr təşkil edilir.

Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!