Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“ 7 yaşı olsa da zəka yaşı 4 olan balamız üçün valideyni Narınc Rüstəmovaya müraciət etdi.”

Oğuz rayonunda yaşayan Yarəhmədova Xəyalə Qüdrət qızı oğlunun problemləri üçün mərkəzimizə müraciət edib. Bildirib ki, oğlunun 7 yaşı olsa da özünü 4 yaşlı uşaq kimi aparır. Bundan əlavə balamızda nitq qüsuru da var, belə ki, düzgün danışa bilmir, tək-tək sözləri ifadə etsə də, cümlələr şəklində fikirlərini bildirə bilmir. Məktəb nədi dərk etmir, yazı yaza bilmir, hərfləri demək olar ki, tanımır və oxuya bilmir. Eyni zamanda öz yaşıdları ilə də normal ünsiyyət, münasibət qura bilmir, davamlı şəkildə onlarla problemlər, anlaşılmazlıqlar yaşayır. Belə problemlərə görə anası, Xəyalə xanım övladı üçün çox narahatdır, elə bu səbəbdən də bizə üz tutub. O, istəyir ki, övladı da yaşıdları kimi oxusun, məktəbə getsin, ətrafındakı insanlarla normal şəkildə ünsiyyət qura bilsin və bu problemlərdən qurtulsun.

Biz də Narınc Psixologiya Mərkəzi olaraq öz üzərimizə düşən vəzifəni laiqincə yerinə yetirməyə, ananın istəklərinə çatması və balamızın tezliklə sağlamlığına qovuşması üçün əlimizdən gələnləri edəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!