“ Şəhid Kapitan Elman Babaxanovun həyat yoldaşı övladı üçün Narınc Rüstəmovaya müraciət etdi.”

Şəhid Elman Babaxanov 17 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur və İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. O, 2016-cı ildən hərbi xidmətə başlamışdır. Müharibə dönəmində Cəbrayıl, Xocavənd və Füzuli şəhəri uğrunda gedən ağır döyüşlərdə şücaətlə iştirak etmişdir. Kapitan Elman Babaxanov döyüş tapşırıqlarını yerinə yetirərkən Xocəvənd rayonu uğrunda gedən əməliyyatlarda yaralanmış və şəhid olmuşdur. Şəhid Kapitan Elman Babaxanov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalı və “Azərbaycan Bayrağı “ ordeni ilə təltif edilmişdir.

Şəhidimizin həyat yoldaşı Züleyxa Babaxanova qızları Asena Babaxanova üçün Narın Psixologiya Mərkəzinə müraciət edib. Belə ki, Asena balamızın 3 yaşı var və nitq inkişafında geriləmə, ləngimələr mövcuddur. Həmçinin söz bazası yaşına görə azdır, cümlə qurmaqda, fikrini ifadə etməkdə müəyyən çətinliklər yaşayır. Bağçaya getsə də, yaşıdları ilə münasibətdə problemlər yaşayır, ünsiyyət qura bilmir, nitq qüsurları var. Eyni zamanda özünü ifadə edə bilmir, tez-tez həmyaşıdları ilə müxtəlif problemlər yaşayır.

Biz də Narınc ailəsi olaraq  Şəhidimizin yadigarı olan Asena balamızın tezliklə problemlərindən qurtulması və sağlamlığına qovuşması üçün əlimizdən gələn bütün yardımları göstərəcəyik!

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!