“ Salyandan gələn Fərid balamızın atası, övladının problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi”

Fərid balamızın valideyni, Əhmədov Mahir oğlunun problemlərinin aradan qaldırılması üçün mərkəzimizə üz tutmuşdur. Beləki, Fərid balamızın nitq qüsuru var və kəkələmə problemindən əziyyət çəkir. Atası bildirir ki, Fərid məktəblidir və bu probleminə görə sinif yoldaşları onu məsxərəyə qoyur, gülürlər. Fərid də utanır, hətta bəzən məktəbə getmək istəmir. Bu problemə görə insanlar arasında, cəmiyyət içərisində sıxılır, çəkinir və ünsiyyət qurmaqdan qaçır. Bunlarla yanaşı Fərid dərslərini hər zaman yaxşı oxumağa çalışır, ancaq bu probleminə görə bəzən dərs danışa bilmir, fikirlərini ifadə etməkdə çətinliklər yaşayır.

Bu səbəblərə görə və Fəridin tezliklə bu problemdən qurtulması üçün atası Narınc Psixologiya Mərkəzinə müraciət etmişdir. Biz də böyük Narınc ailəsi olaraq əlimizdən gələn bütün köməyi etməyə çalışacağıq ki, Fərid balamız tez bir zamanda bu problemdən qurtulsun və sağlamlığına qovuşsun. Fərid balamızda baş verən uğurlu nəticələri tezliklə bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!