“Uşaqlarda adaptasiya problemi”

“Uşaqlarda adaptasiya problemi”

Adaptasiya çətinliyi insanlarda, xüsusilə kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında tez-tez rast gəldiyimiz hallardan biridir. Adaptasiya sözü latınca olan “adaptatio” uyğunlaşdırıram sözündən götürülüb və uyğunlaşma deməkdir. Yəni uşağın, yeniyetmənin tanımadığı bir mühitdə olarkən ora uyğunlaşma mərhələsidir. Burada bəzi valideynlərin də etdiyi yanlışlıqlar vardır ki, onlar uşaqlardan yeni bir mühitə düşərkən qısa zaman ərzində ora uyğunlaşmasını, ətrafdakı insanlarla, həmyaşıdları ilə ünsiyyət qurmasını istəyirlər. Ancaq bu doğru yanaşma üsulu deyil. Belə olduqda valideyn fərqində olmadan uşağın özgüvənini aşağı salır, onu utandırır, bunun özündə əskiklik kimi hiss etməsinə səbəb olur. Həmçinin, belə vəziyyətlərdə uşağın adaptasiya problemi nəinki həll yolunu tapır, əksinə bu prosses daha da çətinləşir və uzanır.

Adaptasiya müddəti normalda uşaqlarda, 5-15 dəqiqə arasında davam edə bilər. Bu dönəmdə uşaq yeni düşdüyü mühiti , insanları dərk etməyə, mühitin onun üçün əlverişli olub-olmadığını anlamağa çalışır. Əgər uşaqların adaptasiya müddəti qeyd edilən zamandan artıqdırsa, bu bir neçə saatı, hətta günü əhatə edirsə deməli, belə uşaqlarda adaptasiya problemi var. Bəzi uşaqlarda bu problem nəinki tanımadıqları mühitə və insana qarşı olur, həmçinin tanıdıqları, davamlı qonaq getdikləri yerlərə və ya yaxınlarına qarşı da ola bilir. Belə uşaqlar bağçada və irəli dönəmdə məktəbədə də adaptasiya problemi yaşayırlar. Əslində bağça və məktəb müddətinin də öz adaptasiya dönəmi var ki, bu 6 həftə, yəni 2 aya yaxın müddəti təşkil edir. Bu zaman aralığında uşaqların bağçaya, məktəbə getmək istəməmələri, ağlamaları, uyğunlaşa bilməmələri normal bir prosesdir. Lakin, bu müddət qeyd edilən zamandan uzun olarsa bu da uşaqda adaptasiya probleminin olmasına işarədir.

Bəzən belə uşaqları özgüvənsiz uşaqlarla qarışdırırlar. Ancaq, belə yanaşma doğru deyil, bunlar oxşar görünsə də tamamilə fərqli problemlərdir. Əksinə, hiperaktiv uşaqlarda isə demək olar ki, belə bir çətinlik olmur. Ümumiyyətlə, hiperaktiv uşaqlarda adaptasiya probleminə demək olar ki, təsadüf olunmur və onlarda mühitə uyğunlaşma prosesi sürətli gedir.

Adaptasiya problemi bəzi hallarda təkcə uşaqda, hətta onun valideynlərində də müşahidə olunur. Qeyd etmək lazımdır ki, sosial fobiyası, adaptasiya problemi olan valideynlərin övladlarında da bu halın olması ehtimalı yüksəkdir. Belə olan halda mütləq peşəkar bir psixoloq dəstəyi vacibdir. Adaptasiya problemi gözardı ediləcək və diqqətsiz yanaşılacaq bir problem deyil. Bu problem vaxtında korreksiya edilməzsə uşağın irəli həyatında problemlərin yaranmasına və cəmiyyətdə özünə yer tapa bilməməsinə gətirib çıxara bilər. Ona görə də istər böyüklər, istər valideynlər, istərsə də uşaqlarda bu hal aşkarlanarsa psixoloq dəstəyi alınmalı və bu problem zamanında korreksiya edilməlidir.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });