Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Uşaqların çəkdiyi şəkillər onların psixoloji vəziyyətindən xəbər verir?”

Bilirik ki, rəsim çəkmək və rəngləmək uşaqların ən sevdiyi məşğuliyyətlərindən biridir. Günümüzdə karandaşlarla, flomasterlərlə rəsm çəkməyi, boyamağı sevməyən yəqin ki, çox az uşaqlar vardır. Bəs bilirsinizmi onların çəkdiyi rəsmlərlə müəyyən mənada onların psixoloji vəziyyətini aşkar etmək olar. Hətta nəinki psixoloji vəziyyətlərini bu rəsmlər həm də, uşaqların zəka və intellekt bacarıqlarının müəyyənləşdirilməsinə kömək edə bilər. Elə bu mövzuda valideynlərdən də mütəmadi suallar ünvanlanır. Adətən onlar övladlarının çəkdiyi rəsmləri göstərir və orada onların nə demək, çatdırmaq istədiklərini öyrənmək istəyirlər.

İlk öncə vurğulamaq lazımdır ki, rəsm analizi kifayət qədər geniş bir sahədir, elmdir. Rəsm çəkməyə gəldikdə isə, yaxşı olar ki, uşaq şəkli psixolqun yanında, onun nəzarəti altında çəksin. Bu halda həmin andakı situasiyaya və psixoloq müşahidələrinə uyğun olaraq rəsmi daha dolğun şəkildə analiz etmək olar. Psixoloq iştirakı ona görə vacibdir ki,  o uşaqdakı emosional vəziyyəti, rəsmin hansı hissəsində hansı emosiyanı nümayiş etdirdiyini yaxından izləyə bilir. Bu da ona sonda uşağın psixoloji vəziyyəti ilə bağlı daha dəqiq informasiya verə bilir.

Ümumiyyətlə uşaqlarda rast gəldiyimiz ən çox iki tip şəkil var. Bunları sabit və hərəkətli şəkillər kimi qruplaşdırmaq olar. Yəni sabit şəkillərdə bir an,hərəkətli şəkillərdə davamedici zaman təsvir edilir. Əgər çəkilən şəkildə müəyyən bir süjet xətti varsa bu uşaqda yüksək zəka və intellektin göstəricisi sayıla bilər. Tək-tək çəkilən, sabit formada olan şəkillər isə normal zəkanın göstəricisi sayılır. Onu da bildirmək lazımdır ki, 3-6 yaş arası uşaqlar cinsiyyət qavramını dərk etmədikləri üçün rəsimlərdə insanı çəkərkən ən çox baş, əl və ayaqlardan istifadə edirlər. Bədən fərqləri görmədikləri. Anlamadıqları üçün bədəni çəkmirlər. Bunların hər biri bu yaş aralığı üçün normal haldır. Ancaq 6 yaşdan sonra da davamlı belə şəkillər çəksələr, valideynlər bu məqamda diqqətli olmalıdır. Rəsmlərdəki günəş elementi ananı, evdəki qapı elementi isə atanı simvolizə edir.

Döyüş, müharibə, ölüm, qorxulu fraqmentlər və s.tipli rəsmlər çəkən, davamlı aqressiv rəng tonlarından istifadə edən, karandaşı sərt şəkildə basan uşaqlarda aqressiv əlamətlər və daxili gərginlik müşahidə edilir. Xüsusilə, hiperaktiv uşaqlar aqressiv rəsmlər çəkməyə meyilli olurlar. Həmçinin bu uşaqlarda ruh düşkünlüyü olur və depressiyaya meyilli olurlar. Ona görə də valideynlər diqqətli olmalı və övladlarının davamlı aqressiv, depressiv şəkillər çəkdiyini müşahidə edirlərsə onları bu hərəkətlərinə görə ayıblamadan, danlamada söhbət aparmalı və lazım gələrsə mütləq bir psixoloqa yönləndirməlidirlər. Psixoloq dəstəyi və davamlı təşkil olunan seanslar nəticəsində uşaqlardakı bu qorxuları, təlatümləri korreksiya etmək olar.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!