Kəkələməsi olan Vüsal Narınc Rüstəmovaya müraciət etdi

Nuruyev Vüsalın analığı Nuruyeva Yaqut övladının problemləri üçün mərkəzimizə müraciət edib. Belə ki, Vüsal balanın 18 yaşı var, anadangəlmə kəkələməsi var və bu ağır formadadır. Vüsalın ailəsində anası da bu problemdən əziyyət çəkib. Sonradan balamızda astma xəstəliyi də (astma- tənəffüs yollarının müxtəlif allergenlər və tətikləyici maddələrin təsiri altında daralması, iltihabi ilə gedən xroniki xəstəlikdir.) yaranıb.

 Vüsalın ata və anası qohum olduğu üçün, bu problem qohum evliliyindən də meydana gələ bilər, həm də anasında da olduğu üçün gen ilə də keçə bilər. Vüsal balamız danışarkən çox çətinlik çəkir, nitqi çox tutulur, kəkələyir. Kəkələmək, özünü ifadə edə bilməkdə çətinlik çəkmək Vüsal balada əsəbilik, gərginlik də yaradır.

Biz də Narın Psixologiya Mərkəzi olaraq Vüsal balamızın bu problemlərindən qurtulması və sərbəst danışa, özünü rahat şəkildə ifadə edə bilməsi üçün əlimizdən gələn köməyi göstərəcəyik. Uğurlu nəticəmizlə bir balamızın da üzünü güldürəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!