Şəhidimiz Əkbərli Həsən 20.09.1997-ci il tarixində Yevlax rayonunda anadan olub. O, ikinci Qarabağ müharibəsi başlayan vaxtdan döyüş meydanlarında olmuş və ona verilən tapşırıqları qəhrəmanlıqla yerinə yetirmişdir. Suqovuşan uğrunda gedən döyüşlərdə igidliklə iştirak etmiş və şəhidlik zirvəsinə ucalmışdır. “Cəsur döyüşçü medalı”, “Suqovuşanın azadlığı uğrunda” medalları və orden ilə təltif edilmişdir.
Təəssüf ki, şəhidimiz övladı Uğuru cəmi 12 gün görə bilib. Uğur balamızın problemlərinə görə nənəsi mərkəzimizə üz tutmuşdur. Belə ki, Uğur balamızın psixi-nitq inkişafında ləngiməsi və kaprizləri var. Bərabərində diqqət əskikliyi sindromundan əziyyət çəkir. Həmçinin analiz-sintez bacarıqları, səbəb-nəticə əlaqəsi qurması yaşına görə zəif göstəricidir.
Uğur balamız mərkəzimizdə oldu, ilkin müayinələrdən keçdi. Balamıza loqoped, aparat və psixoloji iş, yəni kopleks terapiya proqramı təyin etdik. Uğur balamız 3 aylıq terapiya müddətindən sonra gözəl nəticələr əldə edəcəyik!