2 aprel 2024-cü il tarixi Narınc Psixologiya Mərkəzinin tarixində əlamətdar hadisə kimi yadda qaldı. Belə ki, bu tarixdə növbəti filialımız olan Yasamal filialının açılış mərasimi baş tutudu.
Narınc Psixologiya Mərkəzi olaraq, “Sağlam Övlad,Xoşbəxt Ailə devizi” ilə Uzman-klinik psixoloq Narınc Rüstəmovanın rəhbərliyi altında 6 filalla 17 ildir ki, fəaliyyət göstəririk. Bu sahədə ölkənin aparıcı psixologiya mərkəzi olmaqdan qürür duyuruq. Bu gündən etibarən artıq Yasamal ərazisində olan ailələrə, uşaqlara xidmət göstərəcəyik! Onu qeyd etmək lazımdır ki, mərkəzimiz yalnız uşaqların deyil, həm də ailələrin və yetişinlərin psixoloji sağlamlığının keşiyində dayanır. Bu zamana qədər tək amalımız bizə üz tutan ailələri, balaları psixi sağlamlıqlarına qovuşdurmaq oldu.
Bu baxımdan Mərkəzdə mövcud olan Möcüzəvi aparatların , ən son terapiya proqramları və diaqnostik testlərin tətbiqi ilə bütün növ problemləri daha qısa müddətə həll etmək mümkündür.
Açılış tədbirimizdə bizimlə birlikdə olan dəstəyini əsirgəməyən dostlarımıza, qatılan hər kəsə həmçinin Psixologiya Elmi-Tədqiqaq İnstutuna və İnstitutun sədri Elnur Rüstəmova təşəkkür edirik!