Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında “VI BEYNƏLXALQ AİLƏ VƏ UŞAQ PSİXOLOGİYASI KONFRANSI” keçirildi.

 6-7 aprel 2024-cü il Narınc Psixologiya Mərkəzinin tarixində əlamətdar günlər kimi yadda qaldı.  Belə ki, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “VI Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” baş tutdu.

Narınc Psixologiya Mərkəzi 17 ildən artıq bir müddətdir ki, “Sağlam Övlad, Xoşbəxt ailə” devizi ilə uşaqların və ailələrin psixi sağlamlığının qorunması və bu sahədə peşəkar kadrların hazırlanması yönümündə fəaliyyət göstərməkdədir. Təsadüfi deyildir ki, Narınc Psixologiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunmuş “Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” silsilə şəklində artıq VI dəfədir ki, həyata keçirilir. Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı isə artıq IV dəfədir ki, bu əhəmiyyətli tədbirə ev sahibliyi edir.

Konfransımızda dəyərli zamanından ayırıb iştirak edən, bizə dəstək olan dəyərli qonaqlarmız- Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılova, Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovaya, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova, Bakı qızlar Universiteti-Tədris işləri üzrə prorektor, Pedaqoji eləmlər namizədi Havva Abdullayevaya, Bakı Slavyan Universiteti Pedaqogika və Psixologiya kafedrasının müdiri Piralı Əliyevə, Bakı Qızlar Universiteti Psixologiya kafedrasının müdiri Nurəngiz Rzayevaya, Psixologiya üzrə fəlsəfə doktoru,dossent Hökümə Əliyevayaya, DOST İnklusiv İnkişaf Agentliyinin dəyərli əməkdaşlarına və bütün konfrans işrirakçılarına öz dərin təşəkkürümüzü bildiririk!

2 gün davam edən konfransımızda yerli və xarici mütəxəssislər öz bilik və təcrübələrini bizlərlərlə, iştirakçılarla bölüşdü. Faydalı və bol məlumatlarla dolu olan konfras günlərindən 6 aprel tarixində Türkiyədən dəvət etdiyimiz, Uzman Psikolojik Danışman Mehmet Şirin Zorkol “Çocuk ve ergenlerde beynin dört lobun fonksiyonel yeterliliklerini ölçen ERAL-NIT 5-17 zeka testi”, Özbəkistandan dəvət etdiyimiz, Специалист дефектолог-логопед из Узбекистан Гасанова Сабина “Особенности логопедической работы с синдромом дефицита внимание и гиперактивности” və azərbaycanlı mütəxəssis, Çözüm Disleksi Derneği və Azerbaycan Disleksiya Birliyinin üzvi, Disleksi műdaxilə proqramı uzmanı (DMP), Psixoloq Aysel Sərkarlı “Disleksiya (öyrənmə çətinliyi) olan uşaqlara tətbiq olunan ən son psixo-pedoqoji texnikalar” mözusunda çıxış etdilər.

Konfransımızın ikinci günü, yəni 7 aprel isə Antalya Klinik Psikoloji Ensitütüsü , uzman klinik psikolok Cinsel işlev bozuklukları ve terapisi, Sibel Akıncı “Kadınlarda vajinismus (vajinal kasların istem dışı kasılması) ve erkeklerde erken boşalma”, Uzman psikolog Özge Nur Üzüm “Siber zorbalık , Şiddetin sanal halinin ergen psikolojisine etkisi”, Amerika Beynəlxalq   Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova isə “Psixopatologiyanın əsas predmetləri. İnsanların psixi və davranış pozuntuları.” Mövzusunda çıxış etdilər.

Konfransımızın sonunda bütün iştirakçılara sertifikatlar təqdim edildi və xatirə fotosu çəkildi.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!