“Uşağın hiperaktivdir idmana qoy enerjisi çıxıb düzələcək” -deyilən uşaqlar gələcəyin psixopat İdmançısıdır
Məlum olduğu kimi son günlər Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilovun tərəfindən kobud davranışları səbəbindən xəsarət almış və vəfat etmişdir. Hadisənin psixoloji tərəfləri, azyaşlının idman müəlliminin kobud davranışları nəticəsində həyatını itirməsi ilə bağlı Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, […]
Qazimiz Ağayev Ağadadaş övladının problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi
Ağayev Ağadadaş Ağaqaerdaş oğlu Saatlı rayonunun Qıraqlı kəndində anadan olub. Qazimiz aprel döyüşlərinin iştirakçısı olmuş müxtəlif döyüş əməliyyatlarında iştirak etmişdir. Eyni zamanda Ağadadaş Ağayev 44 günlük İkinci Qarabağ müharibəsində də qəhrəmanlıqla iştirak etmişdir. O döyüş tapşırıqlarını yerinə yetirərkən bir neçə dəfə yaralanmış, ancaq buna baxmayraq yenidən döyüşlərə qatılmaq üçün müraciət etmişdir. Qazi Ağadadaş Ağayev Füzuli […]
“Travmalar həyatımıza necə təsir edir?”
İnsan həyatında yaşanan və bəzən onun iradəsindən aslı olmayaraq baş verən hadisə və proseslər onun psixologiyasında müəyyən izlər buraxa bilir. Qorxular, travmalar bir çox səbəblərdən yarana bilər və korreksiya edilmədikdə daha da dərinləşə, özü ilə bərabər bir çox problemlərin yaranmasına gətirib çıxara bilər. Fobiyalar, xüsusilə də tarvma halları onun psixikamıza təsiri və korreksiyası haqqında Amerika […]
Qazimiz İlkin Seyidzadə övladının problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi
Seyidzadə İlkin Təbriz oğlu 1990-cı ildə Qəbələ rayonunda anadan olmuşdur. Qazimiz 2009-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir. İkinci Qarabağ müharibəsinin iştirakçısı olan qazimiz döyüş əməliyyatlarını böyük şücaətlə yerinə yetirmiş və Cəbrayılın, Füzulinin azad edilməsində iştirak etmişdir. İlkin Seyidzadə növbəti döyüş tapşırığını yerinə yetirərkən, Xocavənd rayonu istiqamətində ağır yaralanmışdır. Qazimiz övladı Yusif üçün mərkəzimizə müraciət […]
Evlilikdə yaş meyarı nə dərəcədə əhəmiyyət kəsb edir?
Ailə qurarkan cütlüklər arasında yaş meyarı və bunun gələcək ailənin sosial-psixoloji vəziyyətinə təsiri hər zaman müzakirə olunan mövzulardan biri olmuşdur. Evlilikdə yaş meyarı, fərdlər arasındakı yaş fərqləri, psixoloji vəziyyətləri və bütün bunların evlilikdə rolu haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova sia.az müsahibə verib. […]
“ Dünya Autizm Məlumatlandırma Günü” Tədbiri
6 aprel 2023-cü il Narınc psixologiya Mərkəzi və Psixologiya Elmi-Tədqiqat İnstutunun tarixində əlamətdar gün kimi yadda qalıb. Belə ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Autizmlə bağlı maarifləndirici tədbir təşkil olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Birgə və Sağlam İctimai Birliyi, Narınc Psixologiya Mərkəzi və Psixologiya Elmi […]
Qırmızı rəngi sevən insanların psixologiyası
Heç kimə sirr deyil ki, insanların sevdikləri rənglərdən, qidalardan, geyim tərzlərindən və s. müəyyən mənada xarakterik cəhətlərini, eləcə də psixo-emosional vəziyyətlərini müəyyənləşdirmək olur. Bu tip suallar da mütəmadi olaraq psixoloqlara ünvanlanan suallar sırasındadır. Bu sualları ümumi olaraq belə cavablandırmaq olar: Digər rənglərdə olduğu kimi qırmızı rəngin də insanın psixo-emosional sferasında, onu müəyyənləşdirməkdə özünəməxsus yeri var. […]
“Xəmir yanaq” uşaqlar
Xəmir yanaq uşaqların artikulyar əzələləri inkşaf etmir və nitq inkşafında geriləmələr olur. Bəzən ailədə qohumlar arasında belə uşaqlara “ toppuş yanaq uşaqlar”, “xəmir yanaq uşaqlar” da deyilir. Bu uşaqların yanaqları çox ətli olduğu üçün onları bu cür adlandırırlar. Ancaq bildirmək lazımdır ki, bütün uşaqların yanağı 18 ayına qədər belə olur. Lakin uşaqların inkşaf dönəmindən asılı […]
Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri
Hər bir yaş dönəminin olduğu kimi yeniyetməlik dövrünün də özünəməxsus xüsusiyyətləri var. Yeniyetməlik dövründə uşaqların maraq dairəsi, sosial çevrəsi dəyişir və bütün bunlar da, təbii ki, onların psixologiyalarına təsir göstərir. Bu mövzu ilə bağlı valideynlərdən “ Övladım yeniyetməlik dönəmindədir, ünsiyyətdən qaçır və tənhalığa qapılıb. Narahat oluram, bu məsələdə çıxış yolu necədir?” və ya “Övladım əvvəllər […]
24 Mart- Ümumdünya Vərəmlə Mübarizə Günü
Hər il mart ayının 24-ü Ümumdünya Vərəmlə mübarizə günü kimi qeyd edilir. 1882-ci ildə alman mikroboloq Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib və 23 il sonra tibb sahəsində Nobel mükafatına laiq görülüb. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) və Beynəlxalq Vərəm və Ağciyər xəstəlikləri ilə Mübarizə ittifaqı bu günü təsis etmişdir. Vərəm- vərəm mikrobakteriyaları […]