24 Mart- Ümumdünya Vərəmlə Mübarizə Günü

24 Mart- Ümumdünya Vərəmlə Mübarizə Günü

Hər il mart ayının 24-ü Ümumdünya Vərəmlə mübarizə günü kimi qeyd edilir.

1882-ci ildə alman mikroboloq Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib və 23 il sonra tibb sahəsində Nobel mükafatına laiq görülüb. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) və Beynəlxalq Vərəm və Ağciyər xəstəlikləri ilə Mübarizə ittifaqı bu günü təsis etmişdir.

Vərəm- vərəm mikrobakteriyaları ilə törədilən,vaxtında və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə gətirib çıxaran infeksion xəstəlikdir.

Vərəm əsasən hava-damcı yolu ilə yoluxsa da, nadir hallarda qida vasitəsilə də yoluxa bilir. ÜST-nın məlumatlarına görə hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var. Hər il isə 3.5 milyon insan vərəm xəstəliyinə yoluxur və 1 milyon insan bu xəstəlikdən həyatını itirir.

Ümumdünya Vərəmlə Mübarizə Günündə Azərbaycanda da vərəmlə mübarizə yönündə profilaktik tədbirlər görülür. Səhiyyə Nazirliyi tərəfindən vərəm əleyhinə dərman preparatları alınır, tibb mütəxəssisləri və KİV nümayəndələri üçün mütəmadi olaraq təkmilləşdirmə təlimləri, brifinqlər keçirilir.

Bu xəstəlik dönəmində və ya xəstənin vərəm olduğunu öyrəndiyi zaman hər kəs fərqli reaksiya verə bilir, kimisi depressiyaya düşür, kimisi bunu qəbul etmək istəmir, kimi insanlarda həyəcan-təşviş və qorxular yaranır. Bəzi insanlar isə əksinə mübariz ruhlu olur və əvvəlki sağlamlıqlarına qovuşmaq üçün bu xəstəliklə mübarizə aparmağa başlayırlar. İstər ailəsi və ətrafı , istərsə də tibb işçiləri xəstələrə motivasiya verməli, bu xəstəliyin mübarizəsində onların yanında olduqlarını hiss etdirməlidirlər. Ümumən xəstəliklərdə insan psixikası, psixo-emosional vəziyyəti ən önəmli faktorlardan biridir ki, bu vərəm xəstəliyində xüsusi hissəni təşkil edir. Vərəmə yoluxmuş  xəstənin qidalanması, sosial çevrəsi yavaş-yavaş məhdudlaşmağa başlayır. Bütün bunlar onlara həm fiziki, həm də psixoloji təsir edir. Belə ki, vərəm xəstəliyi ilə mübarizə aparan xəstələrin psixoloji sağlamlığı, sağalacağına  inamı müalicələr zamanı ən vacib nüansı təşkil edir. Bunun üçün də yaxşı olar ki, bu prosesdə, yəni xəstəliklə mübarizə dönəmində həkimlə bərabər paralel olaraq psixoloq dəstəyi də alınsın. Psixoloji dəstək və həkim müalicəsi paralel gedərsə yaxşı nəticə də bir o qədər tez alınar.

Uca Tanrıdan bütün xəstələrə şəfa diləyirik!

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });