“Uşaqların nitq inkişafına dəstək kartlarının təqdimatı”
22 yanvar 2023-cü il Narınc Uşaq Psixologiya Mərkəzinin tarixində yadda qalan,uğurlu və qürurlu gün kimi təqvimdə öz yerini aldı. Belə ki, Narınc Psixologiya Mərkəzinin təsisçisi, rəhbəri Uzman-Klinik psixoloq Narınc Rüstəmova və mərkəzin baş defektoloq- loqopedi Səbinə Orucovanın birlikdə əməyi sayəsində üzərində 8 aydır ki, çalışdıqları “Uşaqların nitq inkişafına dəstək” kartlarının təqdimat mərasimi baş tutdu. Fəaliyyət […]
“Ailə psixologiyasının uşaq sağlamlığına təsiri”
Ailə qurmaq, sağlam uşaq dünyaya gətirmək, uşaqları doğru tərbiyələndirmək, istər psixoloji, istərsə də fiziki cəhətdən sağlam uşaq böyütmək hər bir valideynin arzusudur. Bu səbəbdən insanlar sağlamlıqla bağlı problemlərinə son dövrlər daha çox diqqət yetirirlər. Həmçinin daim uşaqların sağlamlığı ilə bağlı məsələlər valideynləri narahat edir, bunun üçün həkimlərə və psixoloqlara mütəmadi olaraq suallar ünvanlayırlar. Uşaqların sağlamlığı […]
“İmtahan həyəcanı yaşayan uşaqlar”
Günümüzdə geniş yayılan mövzulardan biri də abitruyentlərin, tələbələrin ümumən imtahan verən şəxslərin imtahan prosesində həyəcan yaşaması və imtahana psixoloji hazırlığı məsələsidir. Bu problem və onun psixoloji tərəfləri ilə bağlı Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova sia.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim […]
“Uşaqların virtual oyunlardan aslılığı hansı fəsadlar doğurur?”
Uşaqların davamlı virtual oyunlara meyilli olması və zamanla bunun onlarda aslılıq halını alması valideynləri narahat edən və cəmiyyətdə daima müzakirə mövzusu olan məsələlərdən biridir. Belə oyunların uşaqların psixologiyasına, gələcək həyatlarına təsiri və yarada biləcəyi problemlər haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova […]
“Kəkələmədən əziyyət çəkən Samir bala Narınc Rüstəmovaya müraciət etdi”
Samir Kərimzadə Sabirabad rayonunda yaşayır və 8 yaşı var. Samir balamız nitq qüsuru şikayəti ilə gəlib. Belə ki, Samir balamız 4 yaşından etibarən kəkələmə problemindən əziyyət çəkir. Bundan başqa, Samirdə həyəcan-təşviş pozuntusu, həmçinin stessə davamsızlığı və özgüvən problemi də var. Samir balamız həm də, məktəblidir və bu problemlərinə görə məktəbdə sıxıntılar, yoldaşları ilə anlaşılmazlıqlar yaşayır. […]
“ Uşağım hiperaktivdir, nə edə bilərəm ?”
Valideynlər çox zaman övladlarının hiperaktiv olduğundan şikayətlənir və bu mövzu ilə bağlı tez-tez müraciətlər olur. Onlar belə suallar ünvanlayırlar: “ Uşağım hiperaktivdir, bu patalogiya hesab edilirmi?” , “ Hiperaktiv övladım var, necə davrana, nə edə bilərəm?”, “ Övladımda hiperaktivlik var, bununla bağlı psixoloqamı, psixoterapevtəmi müraciət etməliyəm?” Əvvəcə onu bildirmək lazımdır ki, bir uşağa hiperaktivlik sindromu […]
“ Salyandan gələn Fərid balamızın atası, övladının problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi”
Fərid balamızın valideyni, Əhmədov Mahir oğlunun problemlərinin aradan qaldırılması üçün mərkəzimizə üz tutmuşdur. Beləki, Fərid balamızın nitq qüsuru var və kəkələmə problemindən əziyyət çəkir. Atası bildirir ki, Fərid məktəblidir və bu probleminə görə sinif yoldaşları onu məsxərəyə qoyur, gülürlər. Fərid də utanır, hətta bəzən məktəbə getmək istəmir. Bu problemə görə insanlar arasında, cəmiyyət içərisində sıxılır, […]
“ Uşaqlar neçə yaşında məktəbə getməlidir?”
Valideynlərdən suallar gələn mövzular içərisində uşaqların nə zaman məktəbə getməsi, məktəb yaşının neçə yaş olması və bunun hansı faktorlara əsasən təyin edilməsi kimi fikirlər hər zaman tez-tez ifadə edilir. “Bəs uşaqların məktəb yaşı neçədir və nə zaman onlar məktəbə getməlidir?” İlk əvvəl onu bildirmək lazımdır ki, uşaqların məktəb yaşı hər bir cəmiyyət, ölkə üçün eyni […]
“ Doğuş sonrası depressiya ölümlə nəticələnə bilər”
Şəkidə ailə faciəsi yaşanıb belə ki, rayonun Suçma kəndində Nuray Abdurrahmanova adlı şəxs özünü yaşadığı evin sanitar qovşağında asaraq intihar edib. Bildirilən məlumatlara görə, onun 7 aylıq körpəsi var və 22 yaşı olub. 7 aylıq körpəsi olan gənc ananın intihar səbəbi və bu hadisənin psixoloji tərəfləri barəsində Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan […]
“Məhəmməd balamız üçün anası, Qasımova Jalə Narınc Rüstəmovaya müraciət etdi”
Jalə Qasımova övladı, Məhəmmədin problemləri üçün Narınc Psixologiya Mərkəzinə müraciət edib. Jalə xanım bildirir ki, Məhəmməd hiperaktiv uşaqdır, yerli-yersiz çox danışır eyni zamanda çoxlu suallar verir. Həmçinin Məhəmməd balamızın gecə enurezi(altını islatma) olur, yuxu rejimi normal deyil, yuxuda sayıqlamaları, danışmaları da olur, gün ərzində yaşadığı hadisələri təkrarlamağa başlayır. Hətta, yuxuda olan zaman dəfələrlə oyanıb danışır, […]