Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Kəkələmədən əziyyət çəkən Samir bala Narınc Rüstəmovaya müraciət etdi”

Samir Kərimzadə  Sabirabad rayonunda yaşayır və 8 yaşı var. Samir balamız nitq qüsuru şikayəti ilə gəlib. Belə ki, Samir balamız 4 yaşından etibarən kəkələmə problemindən əziyyət çəkir. Bundan başqa, Samirdə  həyəcan-təşviş pozuntusu, həmçinin stessə davamsızlığı və özgüvən problemi də var. Samir balamız həm də, məktəblidir və bu problemlərinə görə məktəbdə sıxıntılar, yoldaşları ilə anlaşılmazlıqlar yaşayır. Həmçinin dərslərini öyrənməkdə, danışmaqda da kəkələmə problemi səbəbindən çətinliklər yaşayır və həyəcanlanır. Ona görə də dərslərini də zəif oxuyur.

Samir balamızın valideynləri bu probleminə görə məhz bizə- Narınc Psixologiya Mərkəzinə üz tutmuşdur. Biz də öz növbəmizdə Samir balamıza əlimizdən gələn bütün yardımları edəcəyik və uğurlu nəticəmizi bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!