“ Donuq zəka və sərhəd zəkalı insanlar”
Bəzi uşaqların istər valideynləri, istərsə də ətafındakı insanlar onların laqeyid, vecsiz, bacarıqsız, məsuliyyətsiz olduğunu və doğru-düzün bir işi bacara bilməmələrindən şikayətlənirlər. Bəs bu vəziyyətdən çıxış yolu necədir? Bunu yaradan səbəblər nədir? İlk növbədə onu vurğulamaq lazımdır ki, məsuliyyət hissini formalaşdırmağın ən əsas yollarından biri intellektual inkişafla bağlıdır. Yəni, intellektual inkişaf nə qədər yüksəkdirsə bir o […]
“ Pişiklərə hədsiz bağlılıq xəstəliyə gətirib çıxarır”
Heyvanlara bağlılıq təkcə müasir dövrün deyil, eyni zamanda əvvəlki dövrlərdə də insanlarda müşahidə olunan aslılıq növlərindən biridir. Sosial şəbəkələrdə yayılan məlumata görə, paytaxt sakini Lətafət xanım pişiklərə olan sevgisi, bağlılığı səbəbindən həyat yoldaşından ayrılmış və ailəsini pişiklərinə qurban vermişdir. Bu məsələnin psixoloji tərəfləri, “insan-heyvan dostluğu” eyni zamanda insanların pişiklərə, itlərə və s. heyvanlara bağlılığı, hədsiz […]
“Ünsiyyətdən qaçan yeniyetmələr”
Müəyyən yaşdan sonra, xüsusilə yeniyetməlik dönəmində uşaqlarda ünsiyyət problemi, düzgün münasibət qura bilməmək və s. hər zaman rast gəlinən və valideynlərin narahatlıqla qarşıladıqları problemlər sırasındadır. Davamlı olaraq valideynlərdən bu tip şikayətlər alırıq: “ Yeniyetmə övladım bir müddətdir ki, özünə qapanıb və ünsiyyət problemi yaşayır” və ya “ Övladım yeniyetməlik dönəmindədir, evdən çıxmaq, kimləsə danışmaq istəmir. […]
“Uşaqların nitq inkişafına dəstək kartlarının təqdimatı”
22 yanvar 2023-cü il Narınc Uşaq Psixologiya Mərkəzinin tarixində yadda qalan,uğurlu və qürurlu gün kimi təqvimdə öz yerini aldı. Belə ki, Narınc Psixologiya Mərkəzinin təsisçisi, rəhbəri Uzman-Klinik psixoloq Narınc Rüstəmova və mərkəzin baş defektoloq- loqopedi Səbinə Orucovanın birlikdə əməyi sayəsində üzərində 8 aydır ki, çalışdıqları “Uşaqların nitq inkişafına dəstək” kartlarının təqdimat mərasimi baş tutdu. Fəaliyyət […]
“Çox sual verən uşaqlar”
Valideynlərdən aldığımız şikayətlər sırasında uşaqların davamlı onlara sual verməsi, hər şeylə detallı şəkildə maraqlanmaları mövzusu da vardır. Belə ki, bəzən valideynlər bu suallara necə cavab verəcəklərini bilmirlər və övladlarının bu qədər xırdalığa enməsi, gün ərzində çoxlu sayda suallar verməsi onları yorur və narahat edir. Bəzən, hətta valideynlər bu sualların bir hissəsini mənasız kimi qiymətləndirir, cavab […]
“Ailə psixologiyasının uşaq sağlamlığına təsiri”
Ailə qurmaq, sağlam uşaq dünyaya gətirmək, uşaqları doğru tərbiyələndirmək, istər psixoloji, istərsə də fiziki cəhətdən sağlam uşaq böyütmək hər bir valideynin arzusudur. Bu səbəbdən insanlar sağlamlıqla bağlı problemlərinə son dövrlər daha çox diqqət yetirirlər. Həmçinin daim uşaqların sağlamlığı ilə bağlı məsələlər valideynləri narahat edir, bunun üçün həkimlərə və psixoloqlara mütəmadi olaraq suallar ünvanlayırlar. Uşaqların sağlamlığı […]
“İmtahan həyəcanı yaşayan uşaqlar”
Günümüzdə geniş yayılan mövzulardan biri də abitruyentlərin, tələbələrin ümumən imtahan verən şəxslərin imtahan prosesində həyəcan yaşaması və imtahana psixoloji hazırlığı məsələsidir. Bu problem və onun psixoloji tərəfləri ilə bağlı Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova sia.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim […]
“Uşaqların virtual oyunlardan aslılığı hansı fəsadlar doğurur?”
Uşaqların davamlı virtual oyunlara meyilli olması və zamanla bunun onlarda aslılıq halını alması valideynləri narahat edən və cəmiyyətdə daima müzakirə mövzusu olan məsələlərdən biridir. Belə oyunların uşaqların psixologiyasına, gələcək həyatlarına təsiri və yarada biləcəyi problemlər haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova […]
“ Tək qalmaqdan qorxan uşaqlar”
Bu mövzu da hər zaman valideynlər tərəfindən çoxlu suallar ünvanlanan mövzular sırasına daxildir. Tək qalanda qorxamaq nəyinki kiçik yaşlı uşaqlarda, hətta irəli yaşlarda olan, sərbəst qala biləcək uşaqlarda da müşahidə olunan problemlərdəndir. Məsələn valideyn bizə bildirir ki, “ Övladım cizgi filminə baxır, mən də mətbəxdə ev işlərini görürəm. Bu zaman onun digər otaqdan həyəcan və […]
“ Salyandan gələn Fərid balamızın atası, övladının problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi”
Fərid balamızın valideyni, Əhmədov Mahir oğlunun problemlərinin aradan qaldırılması üçün mərkəzimizə üz tutmuşdur. Beləki, Fərid balamızın nitq qüsuru var və kəkələmə problemindən əziyyət çəkir. Atası bildirir ki, Fərid məktəblidir və bu probleminə görə sinif yoldaşları onu məsxərəyə qoyur, gülürlər. Fərid də utanır, hətta bəzən məktəbə getmək istəmir. Bu problemə görə insanlar arasında, cəmiyyət içərisində sıxılır, […]