Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Şəhid Atası Nəsibov Şirzad problemlərinin həlli üçün Narınc Rüstəmovaya Müraciət Etdi.

Atamız Nəsibov Şirzad Şəhidimiz Nəsibov Elmarın atasıdır. Elmar Nəsibov İkinci Qarabağ müharibəsində gedən  döyüş əməliyyatları zamanı 13 oktyabrda həlak olmuş və şəhidlik zirvəsinə ucalmışdır. Şirzad atanın əsas sıxıntılarında biri, həyəcan-təşvişdir. Bu problem onda əvvəl də olub. Ancaq müharibə vaxtı bu sıxıntılar onda daha da çoxalmışdır. Oğlunun şəhidlik xəbərindən 17 gün sonra atamız qardaşının da şəhid olduğu xəbərini alır. Bu xəbərlər onu dərindən sarsıdır. Hər ikisi Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Aldığı xəbərlərdən, yaşadıqlarından sonra Şirzad atamızın stressi, təşvişi daha da artıb, başında sıxıntılar və ürəyində problemlər yaranmağa başlayıb. Təşviş, həyəcan, stress və digər sıxıntılarının aradan qaldırılması üçün atamız Narınc Psixologiya Mərkəzinə üz tutdu. Biz də öz növbəmizdə üzərimizə düşən bu vəzifəni laiqincə yerinə yetirib, şəhidimizin atasının sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik.

Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə isə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!