Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Kəkələmədən Əziyyət Çəkən Tərlan Balamızın terapiyasını Narınc Rüstəmova öz üzərinə götürdü.

Tərlan balamızın nitqində qüsur var və ağır kəkələmədən eyni zamanda epilepsiyadan əziyyət çəkir.  Kəkələmə balamızda özgüvənsizlik, qorxu, utancaqlıq, gərginlik və digər fəsadlar yaradıb. Tərlan buna görə məktəbdə adaptasiya, sinif yoldaşları ilə ünsiyyət problemi yaşayır. Hətta bibisinin bildirdiyinə görə,  məktəbdən evə bir neçə dəfə ağlayaraq gəlib. Bu da onda sosial fobiyanın yaranmasına gətirib çıxarıb. Kəkələmə balamızda 3 yaşından etibarən yaranmağa başlayıb. Buna görə o müxtəlif psixoloq və loqopedlərin qəbulunda olub, ancaq təəssüf ki, axıra qədər davam etdirə bilməyib.

Biz Tərlan balamızı möcüzəvi aparat müayinəsindən keçirdik. Həmçinin Neurofeedback aparatı ilə təzyiqi tənzimləyəcəyik, həm də, həyəcanını, psixoloji olaraq özgüvənsizliyini aradan qaldırmağa çalışacağıq. Balamız yanaq əzələləri sərt olduğu üçün doğru şəkildə nəfəs ala bilmirdi. Kəkələmə eyni zamanda nəfəs pozuntusu olduğuna görə belə pasientlərlə nəfəs məşqləri, gimnastikaları etmək vacibdir. Belə ki, Tərlan balamızın terapiyasına artıq başlamışıq və qısa bir müddətdə Narınc ailəsi əl-ələ verərək balamızdakı kəkələmə problemini aradan qaldıracağıq.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!