Qazimiz Nəsibov Qabil Malik oğlu Xüsusi Təyinatlı Qüvvələrin tərkibində həm 2016-cı il aprel döyüşlərində, həm də 2-ci Qarabağ müharibəsində iştirak edib. O, hər iki əməliyyat zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən ağır yaralanmış və nəticədə kəllə-beyin travması almışdır. Bundan sonra psixoloji və nevroloji travmalar səbəbindən səhhətində bir çox problemlər yaranmağa başlamışdır. Belə ki, mütəmadi olaraq yuxusuzluq, gərginlik, əsəbilik kimi problemlər yaşayır.
Qazimizin övladında isə nitq qüsuru var. Balaca qızımız öz yaşıdları kimi səlis danışa bilmir, nitqində ləngimələr var. Qazimiz qızının bu problemlərindən çox narahatdır. Bu səbəbdən həmçinin qızı üçün də Narınc Psixologiya Mərkəzinə müraciət edib.
Biz də artıq terapiyalara başlamışıq. Narınc ailəsi olaraq həm Qazimizin, həm də balaca qızımızın tezliklə sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik.
Allah Şəhidlərimizə rəhmət, Qazilərimizə can sağlığı diləyirik!