Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Nağılı sevən bütün uşaqlar üçün bu nağıl kitabımız çox gözəl hədiyyə ola bilər.

2017-ci ildə işıq üzü görən,Uzman-Klinik Psixoloq Narınc Rüstəmovanın qələmə aldığı və 3000 tirajdan çox satılaraq uşaqların sevimli kitabına çevrilən “ Narıncın nağılları” kitabına yeni nəfəs gəldi. Belə ki, 11 dekabr 2022-ci ildə “LİBRAFF” kitab mağazalar şəbəkəsinin Park Akademiya filialında Uzman-Klinik Psixoloq Narınc Rüstəmova yatmağı sevməyən balalar üçün öz dilindən yazdığı “Göz qapağı pərisi” nağılını oxudu. Bu nağıl Narınc Rüstəmovanın qələmə aldığı  “Narıncın nağılları” kitabındakı səkkiz nağıldan biridir. Kitab 3-7 yaş arası balaca balalarımız üçün nəzərdə tutulub. Kitabda uşaqların həm psixoloji, həm də nitq inkişafına və dinləmə bacarığına müsbət təsir edəcək bir-birindən maraqlı nağıllar var. Nağılın sonunda Narınc Rüstəmova valideynlər üçün nağılın faydaları, onun uşaqların psixoloji inkişafına təsiri haqqında məsləhətlər,qeydlər vermişdir.

Nağıl kitabımızda uşaqlar üçün zehni və diqqəti inkişaf etdirəcək çalışmalar, əyləncəli oyunlar,suallar da var. Hər bir nağılın sonunda uşaqların həmin nağıl personajını boyaması üçün şəkillər əks olunmuşdur. Kitabımızdakı hər nağılın bir funksiyası, özəlliyi var. Belə ki, məsələn “Çiçək ayaqlı qız” nağılının məqsədi uşaqlarda,  özlərində və ya yoldaşlarında fiziki və xarakter olaraq hansısa fərqlilik olduqda bunu qəbul etməyi, öz fərqliliyi ilə barışmağı və yoldaşlarını ələ salmamağı şüuraltı mesaj olaraq ötürür. Az öncə adını çəkdiyimiz “Göz qapağı pərisi” nağılı uşaqlarda yuxu vərdişinin formalaşdırılmasına yardımçı olur. Kitabdakı bu və ya digər nağıllarımızda kompleksi olan uşaqların öz komlekslərinə müsbət yöndən baxmasına, davranış pozuntusu olan balaların öz davranışlarından doğru nəticə çıxarması, doyumsuz şəxsiyyətin formalaşmağına mane olmaq, uşaqların şüuraltı olaraq problemlərinin üzərinə getməyi, onlarla üzləşməyi və s.  gündəlik uşaqların yaşadığı problemlər və valideynlərə bəhs edilən problemlərdən çıxış yolları əks olunub.

Nağıl kitabımızı “LİBRAFF” kitab mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Yeni ildə övladınıza ən gözəl hədiyyəniz kitab olsun!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!