“Məktəbdə Xocalı  İlə bağlı keçirilən tədbirlərin uşaq psixologiyasına təsiri”

Xalq olaraq yaşadığımız ağır, çətin günlərdən biri də Xocalı soyqrımının baş verdiyi gündür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnakları tərəfindən Rusiyanın 366-cı motatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan azərbaycan türklərinə qarşı amansız divan tutmuşlar. Bu əməllər mütəşəkkil formada həyata keçirilib, deportasiya olunan əhalininəksəriyyəti Xankəndində saxlanlırdı. Daşnaqlar xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq etmişlər, girovların saxlanma şəraiti kəskin dərəcədə qənaətbəxş olmuş, dözülməz işgəncələr vermişlər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı təbii ki, qan yaddaşımızdır və unutmamalıyıq, eləcə gələcək nəsillərə ötürməliyik. Bu mövzu ilə bağlı valideynlərdən ,“Məktəbdə Xocalı soyqrımı haqqında tədbir keçirilir, müəllim bu barədə məlumat verir və soyqrımdan görüntülər, şəkillər izlədir. Bu nə dərəcədə doğrudur və uşaqların psixologiyasına necə təsir edir?”, “Soyqrımla bağlı şəkillər, videolar, əliyalın insanlara edilən zülmlər hansı yaş qrupunda olan uşaqlara göstərilməlidir?”kimi mütəmadi olaraq suallar ünvanlanır.

Təbii ki, qeyd etmək lazımdır ki, hər bir azərbaycanlı Xocalı soyqrımı,20 Yanvar haqqında bilməli keçmişini unutmamalıdır. Buna görə də istər məktəbdə ,istər bağçada, istərsə də evdə uşaq bu mövzu haqqında məlumatlandırılmalıdır.ancaq çalışmalıyıq ki, doğru formada onların psixologiyasını zədələməyəcək şəkildə ötürməliyik. Yəni, uşağın psixologiyasına ağır təsir edə biləcək qan, şiddət, zorakılıq əlamətləri olan kadrlar və şəkilləri göstərməməyə çalışmalıyıq. Xüsusən 12 yaşdan kiçik olan uşaqlara bu hadisələr haqqında danışarkən diqqət edilməsi ən vacib məqamlardan biridir. Çünki, onların zehni bunları anlaya, dərk edə bilmir. Bu hadisələri uşaqların yaşına və qavrama səviyyəsinə uyğun bir şəkildə izah etmək və insanlara, xalqımıza edilən qəddarlığı çatdırmaq lazımdır. Əksinə uşaqlara bunun şiddət və zorakılıq əlamətləri ehtiva edilən şəkillərlə, video-çarxlarla izah edilməsi onlarda qorxu və özgüvən əskikliyi yarada bilər. Çünki uşaq evdə, ata-anasının yanında özünü güvəndə və təhlükəsiz hiss edir, bu tip şeylər izalədikdə bu onlarda təhlükənin olduğunu və artıq əvvəlki kimi güvənli yerdə olmadığı siqnalını verir. Təbii olaraq bu onların psixologiyasına mənfi təsir edir və irəli dönəmlərdə travma, fobiya və özgüvənsizlik, itirmə qorxusu və daxili aqressiyadan əziyyət çəkən bir şəxsiyyət formalaşmağa başlayır. Ona görə də, valideynlər və müəllimlər belə mövzularda diqqətli olmalı və qeyd etdiyimiz kimi hadisələri nağıl şəklində, uşağın anlayacağı bir dildə izah etmələri tövsiyə olunur.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!