Yeniyetmələrdə ruh düşkünlüyü və səbəbləri

Müxtəlif yaşlarda və ya inkişaf dönəmlərində insanların duyğu və düşüncələrində sözsüz ki, dəyişikliklər olur. Bu dəyişikliklərin ən sıx yaşandığı dönəmlərdən də biri məhz yeniyetməlik çağlarıdır. 9-10 yaşından sonra artıq yeniyetməlik dövrü başlayır, bu zaman bədəndə hormonal dəyişikliklər baş verir. Sözsüz ki, bütün bunlar da uşaqların hiss və duyğularında, davranışlarında özünü göstərir. Bu ruh düşkünlüyü də özünə qapanma, ünsiyyətdən qaçma, tənhalıq halları fonunda özünü göstərir. Bəzi uşaqlar bu vəziyyəti çox ağır depressiyalar şəklində yaşayır. Belə hallar çəkingən, özgüvəni aşağı, düşdüyü mühitə adaptasiya olmaqda çətinlik çəkən uşaqlarda daha çox müşahidə olunur. Bəzən bu vəziyyət, depressiv hallar o həddə çatır ki, yeniyetmə ümumiyyətlə otağından çıxmaq, ailə üzvləri ilə danışmaq istəmir. Bu tip uşaqlar belə vəziyyətlərdə daha çox telefona, televizora baxır və sosial şəbəkələrdə vaxt keçirir. Bu da təbii ki onun həm psixologiyasına, həm də sağlamlığına mənfi təsir edir.

Əslində bunun siqnalı kiçik yaşlardan uşaqlarda hiss edilir. Belə ki, valideynlər çox zaman uşağın çəkingən olduğunu, ünsiyyətdən qaşdığını və s. bildirir və bunu xarakter əlaməti kimi vurğulayırlar. Xeyr, bu düzgün yanaşma üsuli deyildir. Bu sadaladığımız xüsusiyyətlər xarakter əlaməti deyil, əksinə bir sıxıntının, özgüvənsizliyin və psixoloji problemin kiçik siqnalıdır. Ona görə də valideynlər diqqətli olmalı və zamanında psixoloqa müraciət etməlidirlər.

Praktikada bir çox hallarda yeniyetmələrin aqressivlik nümayiş etdirdiyini və psixoloqa gəlmək istəməmələrini müşahidə edirik. Belə olan halda ən optimal çıxış yolu ailə terapiyasıdır. Yəni ilk öncə bir neçə dəfə valideynlər özləri seanslara gəlməli və bunun çox normal bir şey olduğunu övladına izah etməlidir. Beləcə artıq bir müddət sonra yeniyetmə heç bir kənar müdaxilə olmadan ailəsi ilə birlikdə özü psixoloq qəuluna getmək istəyəcək. Psixolji dəstək, psixoloqun və ailənin yardımları ilə yeniyetmələr bir müddət sonra bu kimi hallardan azad ola, qurtula bilərər.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!