İnsanlarda Emosianal Yaş (EQ) Nədir?

İnsanın cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında zəka, intellektual yaşı (İQ) ilə bərabər emosional yaşı(EQ) da xüsusi rola malikdir. Başqa sözlə ifadə etsək, EQ insanların duyğu yaşı, ruh yaşıdır. Emosial yaş insan beyninin sağ yarımkürəsinin aktivliyi nəticəsində yaranır, əksinə zəka yaşı (İQ) isə beyinimizin sol yarımkürəsinin aktivliyi ilə ortaya çıxır. Emosional sferada pozunuqluqlar və inkişafdan geri qalmalar varsa, uşağın gələcəkdə cəmiyyətə adaptasiyası çətinləşəcək, çəkingən, utancaq, hiss və duyğularını ifadə edə bilməyən və ya yalnış ifadə edən, ünsiyyət problemi olan bir şəxsiyyət formalaşacaqdır.

EQ və İQ arasında fərqli cəhətlər də vardır. Belə ki, İQ dediyimiz zəka yaşı insanın anlama bacarığı, məlumatları analiz-sintez etməsidirsə, EQ- emosional yaş isə insanların hisslərini, duyğularını ifadə etmə şəklidir. Həmçinin sadə dillə izah etsək biz emosional yaşı yüksək olan insanları həssas insanlar, duyğusal insanlar qrupuna da aid edə bilərik. Çünki onlar kiçik bir detaldan belə kədərlənə, duyğulana və ya əksinə sevinc hisslərinə qapıla bilərlər. Eyni zamanda emosianal yaşı yüksək olan şəxslərdə liderlik bacarığı, komanda ilə işləmə və kommunikasiya bacarıqları çox güclü olur. Çünki onlar qarşısındakı insanlarla empatiya ( özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı) qura və onları anlaya bilirlər. Bu səbəbdən də valideyn övladının uğur qazanmasını, cəmiyyətə adaptasiyasının normal səviyyədə olmasını istəyirsə onun yalnız zəka,intellekt yaşı və bilikli olması ilə yetinməməli, həm də, övladının EQ yaşının inkişafına kömək etməli, onu yönləndirməlidir. Bu məsələ ilə bağlı valideynlərdən çox zaman “Övladımın emosional yaşını necə inkişaf etdirə bilərəm?” vəya “Övladımda emosional yaş lazımı səviyyədə deyil, bu mövzuda onu necə yönləndirə, dəstək ola bilərəm?” tipli suallar ünvanlanır.

Ümumiyyətlə emosional yaş uşaq yaşlarından özgüvəni yüksək, məsuliyyət hissinin nə demək olduğunu dərk edən, fikirləri dəyərləndirilən, öhdəliklər və söz azadlığı verilmiş insanlarda daha yüksək səviyyədə olur. Yəni, emosional yaşı kiçik yaşlardan uşaqlara müəyyən dərəcəd məsuliyyət hissi verərərək formalaşdırmaq olar. Ona görə də yaxşı olar ki, valideynlər uşaqların intellektual səviyyələrinə, təhsil səviyyələrinə diqqət etdikləri kimi, emosional bacarıqlarının da inkişafına diqqət ayırsınlar.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!