Bir qadının üsyanı…

Bir qadının üsyanı…

“Bu gün övladlarımın üstünə heç qışqırmayacağam, səbrlə onları dinləyib anlamağa çalışaraq mülayim danışacağam” deyə başlayırıq günə…

Özümüzü günün sonunda yenə əsəbi, övladlarımızı isə bir küncdə səssizcə ağlayan görürük. Öhdəsindən gəlməyə çalışsaq da özümüzlə bacara bilmirik. Niyəsə mübarizə aparsaq da alınmır ki alınmır…”

Bir qadın dramı…
Psixoloq yardımı almağa qərar verdim, uzun müddətdir terapiyaya gedirəm. Amma təəssüf ki, böyük bir dəyişikliklər yoxdur. Psixoloqumun dediyi eyni şey var:

  • Evdə hər şeyi boynuna götürmə, hər yükün altına girmə, həyatından səni yoran insanları çıxar!
  • Uşaqlarla əlaqədar çətinlikləri həyat yoldaşınla bölüş
  • Səni xoşbəxt edəcək şeyləri arxa plana salma

Bəli, mən də bunların fərqindəyəm, lakin mənimlə bərabər ətrafımdakı insanlar da bunu anlamalıdır.

Hər gün həyat yoldaşıma mənə dəstək olmasını, övladlarımızın və ailəmizin qayğılarını birlikdə həll etməli olduğumuzu başa salmağa çalışıram.
Özümə vaxt ayırmalı olduğumu bunun üçün onun köməyinə ehtiyacımın olduğunu izah etməyə çalışıram…

Təəssüf ki, o nə dəyişir nə də anlamağa çalışır… Coraplarını soyunub atdığı yeri belə dəyişmədi, ya da evdə hər gün laqeydliklə uzandığı yer olan divanı… Axşamlar əlində ya televizorun pultu ya da telefon olur…
Yalnışları dəyişmək və xoşbəxt olmağa çalışmaq ailədə bir insanın istəməsi ilə mümkün deyil.
Yaxşı ana olmağa çalışmaq yaxşı uşaqlar yetişdirmək üçün kifayət deyil.
Bunu əvvəlcə ana-ata hər ikisi birlikdə istəməlidir, sonra isə ətrafı…Bir uşağın taleyi ilk öncə ananın, sonra ana-ata arasındakı münasibətinin ən sonda isə ətraf mühitin əlindədir..
Və cəmiyyət qadının yaxasından əlini çəkməlidir!
Atalara da bərabər şəkildə məsuliyyət yüklənməlidir.
Unutmayaq, qadının xoşbəxt hiss etməsi evin-ailənin xoşbəxt olması deməkdir!

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!