Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Autizm əlamətləri bağçayla müalicə olunmur

Son dövrlər psixoloqlara ümvanlanan suallar içərisində “autizm spektrı olan uşaqlar bağçaya gedə bilərmi?” və ya “autizm spektrı olan uşağı bağçaya qoysaq autizm əlmətləri aradan qalxarmı?” sualı üstünlük təşkil edir.

Təbii ki, bu fikirlər yanlışdır. Autizm spektrı olan uşaqlar bağçaya getsə onlarda autizmin düzəlməyi ilə bağlı heç bir irəlilləmə olmayacaqdır. Autizm spektr pozuntusunun təməlində yalnızlıq hissi var. Elə bu səbəbdən də bəzən həkimlər və ya valideynlər düşünür ki, bu yalnızlıq hissi komanda və ya bir qrupla vaxt keçirdikdə uşaqda azalacaqdır. O səbəbdən də autuzmli uşaqları bağçaya yönəldirlər. Ancaq, qeyd etmək lazımdır ki, bu düzgün deyil. Lakin məsələnin başqa bir tərəfi də var ki, autizm spektr pozuntusu olan uşaq artıq reabilitasiya görübsə, nitqində sözlər formalaşıbsa, sensor problemləri aradan qalxıbsa bu mərhələdən sonra bağçaya gedə bilər. Bu terapiyanın gedişindəki 3-cü, 4-cü etaplar hesab edilir ki, bu mərhələlərdə uşağın bağçaya getməyi tövsiyə edilir. Ancaq uşağın heç bir terapiya görmədən birbaşa  bağçaya getməsi doğru deyil. Bu uşaq üçün stessdir. Belə olduqda uşaqda zamanla özünə qapanma halları daha da çoxalmağa başlayır.Xüsusən autizm inteksi 84-dən yuxarı olan uşaqların terapiya almadan bağçaya getməsi tövsiyə olunmur.
Ümumiyyətlə belə uşaqlar induvidual şəkildə kompleks terapiya alması vacibdir. Belə ki, autizm spektrı olan uşaqlar həm psixoloq, loqoped, duyu bütünləmə, həm də klinik refleksoloji terapiyası görməlidirlər.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!