Qulağımda səs var. Aparat kömək edə bilərmi?

Böyüklərdən, həmçinin bəzən də uşaqların valideynlərindən “Uşağımın qulağında səs var. Nə ilə bağlı ola bilər? Müalicəsi varmı? tipli tez-tez suallar alırıq. Tinnitus dediyimiz bu problem mütəmadi olaraq müşahidə edirik. Ancaq bunu hallussinasuya və ya psixi pozuntular zamanı eşidilən səslərlə qarışdırmaq olmaz. Bu halda səbəbsiz şəkildə qulaqda səs olur. Müraciət edənlərdən bəziləri bu səsi zəng səsinə, bəzisi bir uğultuya, bəzisi ürək döyüntüsünə oxşar bir səsə və s. bənzədirlər. Belə insanlar təbii ki, ilk növbədə lor həkimlərə üz tutur. Ancaq qulaqda iltihablanma, zədələnmə və ya infeksional bir problem yoxdursa artıq bu problemin birbaşa qulaqla bağlı olmadığı bildirilir. Digər tərəfdən B12, D vitamini səviyyəsi yoxlanılmalıdır. Xüsusilə bu hal qan azlığından, beyin şişindən, şəkərli diabetdən əziyyət çəkən insanlarda mütləq yoxlanılmalıdır. Çünki əksər hallarda belə insanların da qulaqlarında səslər olur. Əgər bu yoxlanışlardan sonra pasientin nə başında, nə də qulağında heç bir problem olmursa, ancaq yenə də səslər gəlirsə o zaman biz aparatlar vasitəsilə onu müalicə edə bilirik.

Bu kimi problemlərin korreksiyasında TDCS aparatı çox faydalıdır. Belə ki, saçın dibinə duzlu su vasitəsilə oyaq vəziyyətdə xüsusi iki elektrodla qoyulur. 20 dəqiqədən 60 dəqiqəyə qədər aparat seansını tətbiq edə bilirik. Zərəri yoxdur, hətta bir gündə iki seans belə götürmək mümkündür. Davamlı minimum 20 seans gələn pasientlə nəticə almaq mümkündür. TDCS aparatının digər müsbət tərəfi istənilən vaxt tətbiq edilə bilməsidir. Məsələn:pasient həmin an kitab oxuya bilər, yazı da yaza bilər və s. 4 yaşdan yuxarı hər kəsə tətbiq edilə biləcək bir terapiya üsuludur. TDCS ilə bərabər LİTMS apartı da belə problemlərdə çox faydalıdır. Zamanında müraciət edildikdə effekt daha tez müşahidə edilir. Əgər qeyd etdiyim bu kimi beyindəki, qulaqdakı hər hansı bir problemdən qaynaqlanmırsa və qulaqda səslər varsa zamanında müraciət edilmədikdə insanda əsəbilik, aqressiya və psixoloji pozuntular yarada bilir.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!