“İnsan özünü əzizləməlidir!”

Özünüzü gündə bir dəfə də olsa əzizləyib motivasiyalandırırsınızmı?

Bəli, insan ilk öncə özü-özünə dəyər verməlidir. Atamızdan,anamızdan, dostumuzdan, həyat yoldaşımızdan və s. sevgi və diqqət gözləyirik. Bunlar tam normal hadır, çünki insan sosial varlıqdır. Yaxşı heç olmasa bir dəfə özünüzə sual vermisinizmi ki, mən özümü nə qədər seviriəm və dəyər verirəm? Bu önəmli nüansdır. İnsan ilk öncə özünü sevməli və etdiklərini qiymətləndirməyi bacarmalıdır. Özünüzü necə qiymətləndirirsinizsə ətrafınıza da o mesajı ötürmüş olursunuz. Bir müddət sonra ətrafınızdakı insanlar sizin özünüz haqqınızda istər müsbət, istərsə də mənfi fikirlərinizi həqiqiət kimi görməyə başlayacadır. Qarşısındakına və özünə dəyər verə bilməyən, əzizləməyən insanlar uşaqlıqda ailəsi tərəfindən dəyər görməyən insanlardır.  Əgər övladınızı əzizləmirsinizsə bu gündən onu əzizləməyə başlayın. Çünki bu, insanın özünü və ətrafındakıları sevməsi, əzizləməsi bir növ vərdişdir. Bu həm də özgüvənin yüksəlməsi deməkdir. Ancaq, insanın özünü əzizləməsi və dəyər verməsi normasında olmalıdır. Normanı aşdıqda bu artıq özünə vurğunluğa və narsizmə gedib çıxır. Narsitlər daima diqqət mərkəzində olmağa çalışır, “mən mərkəzçi” olurlar və hər zaman özlərini ətrafındakı insanlardan üstün tuturlar. Hər kəsin onlara heyran olmasını istəyər və çevrələrinə daha çox bu tipdə insanlar buraxarlar. Ancaq özünü əzizləmək, hər hansı işə motivasiyalandırmaq və normasında dəyər vermək narsizm deyil.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!