Uşaqların vərdişlərindən biri də barmaq əmməkdir. Bu xüsuilə daha çox yuxuya getmə zamanı baş verir. Bu haldan ən çox şikayətlənən təbii ki, valideynlərdir. Valideynlər uşaqlarda bu prosesein irəli yaş dönəmlərində, məsələn: yeniyetməlik dönəmində də davam edəcəyindən narahatlıqlarını ifadə edirlər. Gələn müraciətlər içərisində nəyinki 3-4 yaşlı uşaqlarda, hətta 8-10 yaş arası uşaqlarda da bu halı müşahidə edirik.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, barmaq əmmək uşaqlarda instiktiv olaraq ilk yaranan vərdişlərdən biridir. Müəyyən mərhələdən sonra ana bətnindən başqlayan bu vərdiş doğulandan sonra da bir çox uşaqda davam edir. Əmmə refleksi olmayan uşaqlarda həyatda qalmaq prosesi çətinkəşər. Hər kəsə məlumdur ki, uşaqlar ana südünü də əmmə refleksi sayəsində qəbul edirlər. İflicli uşaqlarda çeynəmə, əmmə refleksinin olmaması onların zondla zəif şəkildə qidalanmasına səbəb olur. Belə uşaqların immuniteteiti də zəif olur, həssas olurlar və bunlar nəticədə onların inkişaflarında gerilik yaradır. Yəni bizim 18 aya, yaş yarıma kimi əmmə instiktimiz vardır. Ancaq çeynnəmə,dişləmə və s. formalaşdıqdan sonra artıq uşaqlarda əmmə instikti passivləşməli və normal şəkildə qida qəbul etməlidirlər. Ancaq qeyd etmək lazımdır ki, uşaqlardakı əmmə tələbatı yalnız həyatda qalma səbəbindən deyil, həm də, bizi anaya bağlayan körpü rolunu oynayır. Bizim ən həssas bölgələrimizdən ağız ətrafı hissədir. Biz əmərək həm həyatda qalırıq, həm də, sevgi, bağlılıq, ana qucağında güvən və s. tələbatlarımızı da ödəyirik.
Davamlı həyəcanlanan, stress keçirən, özünü güvəndə hiss etməyən uşaqlarda barmaq əmmək müşahidə olunur. Bir çox uşaqlar rahat yatmaq üçün barmağını əmir. Qeyd etdimiz kimi, həyəcan keçrdikdə və ya evdə valideynləri dava etdikdə kənara çəkilib sakitcə barmağını əmən uşaqlar da var. Bəzi uşaqlarda bu barmaq əmmək formasında yox dodağını dişləmək, dodağını əmmək və ya qələmin başını çeynəmək formasında da görünə bilir. Bu onları ana qucağındakı güvənli anlara qaytarır və şüuraltı olaraq özlərini güvəndə hiss etməsinə səbəb olur. Övladınızda oral vərdişlər dediyimiz barmaq əmmə, dırnaq yemə və s. varsa bilməlisiniz ki, övladınız stresslə baş etmə problemi yaşayır və özgüvən əskikliyi var. Belə situasiyada stesslə baş etmə üsullarını dəyişməliyik. Bu məqamda peşəkar psixoloq köməyi vacibdir. Psixoloq dəstəyi ilə uşaq stressini, həyəcanını iafadə edə və onu paylaşa bilir. Beləliklə, stressini, həyac-təşvişini idarə bacardıqdan sonra, artıq müəyyən müddətə bu problemlər korreksiya edilə bilir.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova
Hazırladı-Səbinə Hüseyinova