Təsadüfü deyil ki, bu gün uşaqlarda rastlaşdığımız istər psixoloji, istərsə də digər problemlərin çoxu riskli hamiləliklər, hamiləlik zamanı yaşanan stess və çətinliklərlə bağlıdır. Ona görə də uşağı müayinəyə gətirərkən valideynlərin evlilik dönəminin necə keçməsi, xüsusilə ananın hamiləliyinin necə keçməsi mütəxəssis tərəfindən öyrənilməlidir.
Hamilə qadınlara xüsusi diqqət göstərmək, səbr göstərmək lazımdır. Çünki, hormonların verdiyi dəyişiklik onları daha da həssas edir. Belə ki,hamiləqadınlar bəzən adekvat düşünməyə, nəyisə dərindən analiz etməyə bilər. Onlar bəzən emosialarını düzgün idarə edə bilmir, hadisələrə bəzən çox, bəzən az reksiya verə bilir. Belə halda onlara qarşı etinasız yanaşmaq, səbirsiz davranıb dava çıxarmaq düzgün deyil.
Uşaq həm də, ana ilə ruhən bağlııdır. Belə ki, ananın bütün hissiyatını, yaşadığı duyğuları hiss edir. Hamiləlik dönəmində gərginlik keçirən, əsəbi olan anaların uşaqları da doğulanda və sonra çox ağlayan, aqressiv olur. Artıq, 3-cü aydan sonra uşaq ananın ürək ritminin səsini, eləcə də ətrafdakı səsləri eşidə bilir. Ona görə uşağı doğulandan sonra da çox səssiz mühitdə böyütmək doğru deyil.
Həmçinin, hamiləlikdən və doğumdan sonrakı period da yenicə ana olmuş qadınların psixoloji vəziyyəti üçün önəmli faktordur. Belə ki, burada qayğı və böyüklərin, məsələn: ananın, nənənin yardımları, yeni doğulmuş körpənin və ananın yalnız buraxılmaması diqqət edilməsi gərəkən nüanslardandır. Ona görə də, hamiləlik müddəti ərzində ana olacaq qadının qorxuları, uşaqla bağlı fikirləri, doğum qorxusu, həyəcanı və s. kimi nüanslar mütləq nəzərə alınmalı və ehtiyac yaranarsa psixoloq dəstəyi alması vacibdir.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova