Diqqət Əskikliyi və Hiperaktivlik Sindromunun 7 göstəricisi

1. Eyni mahnını dəfələrlə dinləyib sıxılana qədər təkrar etmək. Belə vaxta beyin dopamin ehtiyacı hiss edir və mahnı qısa vaxta məmnunluq, tətmin duyğusu yaradır.

2. Bir çox layihəyə həvəslə başlayırsınız, amma bitirməkdə çətinlik çəkirsiniz. Başlanğıcdakı həyəcan yüksək olsa da, işlər adi hala düşdükcə motivasiyanız azalır.

3. Çoxlu kofein tükətməyə etməyə meyllisiniz. Fərqində olmadan özünüzü tarazlamağa çalışırsınız. Kofein dopamin sistemini aktivləşdirərək diqqətinizi toplamağı asanlaşdırır.

4. Gözləmək sizi tez əsəbiləşdirir. Beyniniz gecikmiş mükafatlara qarşı səbirsizdir və bu da sizdə narahatlıq yaradır.

5. Tez-tez təxirə salırsınız. Beyniniz darıxdırıcı və ya çətin tapşırıqlardan qaçaraq daha xoş fəaliyyətlərə yönəlməyə meyllidir.

6. Çox vaxt həddindən artıq vədlər verib sonra peşman olursunuz. Düşünmədən “hə” demək işin tələb etdiyi məsuliyyəti nəzərə almamağınıza səbəb olur.

7. Son dəqiqə təzyiqi olmadan hərəkətə keçməkdə çətinlik çəkirsiniz. “Təcili etməliyəm” hissi beyninizdəki dopamin səviyyəsini artıraraq diqqətinizi toplamağa və işləri tamamlamağa kömək edir.

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!