Uşaqlarda qəbizlik problemi

Övladı günlərlə qəbizlik problem yaşayan valideynlər bir çox həkimlərə, pediatrlara, qastreontoloqlara üz tuturlar. Həkimlər, tibbi bir səbəb olmadıqda valideynlərə bildirir və uşaqların bol su içməsini, həlim yeməklər yeməsini məsləhət görürlər. Ancaq, bəzən bunlar da problemi həll edə bilmir.
Bizim bağırsaqlarımız ikinci beynimizdir. Belə ki,mədə-bağırsaq sistemi ən çox sinirlə təchiz olunan orqanlardan biridir. Ona görə də, mədə-bağarsaqlarımızda bir problem yaranarsa bu bizim ruh halımıza və yaşamımıza də təsir göstərir. Bunlar bir-biri ilə vəhdətdədir, yəni psixoloji narahatçılığımız bağırsağımıza, əksinə bağırsaq problemlərimiz isə psixoloji durumumuza təsir göstərir. Ona görə də, qəbizlik problemi yaşayan uşaq varsa valideynləri psixoloqa da müraciət etməlidir. Həmçinin bu problem böyüklər arasında da kifayət qədər var. Bu problemdən əziyyət çəkən böyüklər də tövsiyə olunur ki,həkimlə bərabər psixoloqa da müraciət etsinlər. Belə insanlar “qəbiz şəxsiyyət” adlanır. Bu” içində saxlama, içində tutma” problemi kimi də adlandırırlır. Bu insana ağrı ilə bərabər, müəyyən bir həzz də verir.

Bu problemə ən çox təzyiq altında böyüyən, avtoritar ailədə böyüyən, qaydalar çox qoyulan,şiddət görən, aqressiv uşaqlarda və s. görülür. Ancaq əksinə də ola bilir, yəni diqqətdən kənarda böyüyən, anasından ayrılan, çox sevdiyi kimisə itirən və ya sevdiyi bir heyvandan uzaq düşən və s. kimi uşaqlarda da müşahidə edilə, sinirsəl olaraq qəbizlik problemi baş qaldıra bilir. Bilirik ki, uzun qəbizlik problemləri yaşayan uşaqlarda bağırsaqda çatlar, ağrılar və digər problemlər yaranır. Qəbizlik problemi yaşayan insanlar aqressiv, daima gərgin olurlar. Ona görə də, bu problemdən əziyyət çəkirsinizsə yubatmadan, bədəninizin verdiyi “üsyana” cavab verib, özünüzə daha çox əziyyət etmədən psixoloqa, peşəkar mütəxəssislərə müraciət edin.

 Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

deneme bonusu veren siteler casino siteleri bantambagels ecomamahotel