İntihara Meyilli İnsanların Psixologiyası

İntihara Meyilli İnsanların Psixologiyası

Günümüzdə ən aktual poblemlərdən biri də intihara meylli insanların, xüsusən yeniyetmələrin psixoloji vəziyyətidir. Bu halla rastlaşan, bunu hiss edəən valideynlər çox diqqətli olmalıdır. Psixoloqlara ünvanlnan suallar içərisində “intihara daha çox hansı yaş qrupu meyillidir?” sualı hər zaman üstünlük təşkil edir. Vurğulamaq lazımdır ki, belə məqamlarda ailələr diqqətli olmalıdır.

 Bunu da qeyd etmək lazımdır ki, bəzən intihara hazırlaşan insanların yaxınları, valideynləri də bunu hiss edə bilmir. Ancaq, bu halı çox zaman yeniyetmənin və ya bu fikirdə olan daha irəli yaşlı insanın gündəlik sıx şəkildə münasibətdə olduğu, birlikdə saatlarla zaman keçirdiyi insanlar görə bilir. İntihar yaşlarına yeniyetməlik və gənclik dönəmində daha çox təsadüf olunduğundan övladının dostlarını tanımaq, çevrəsi ilə müəyyən münasibətdə olmaq valideynlər üçün ən önəmli hissələrdən birini təşkil etməlidir. İntihar üçün risk qrupu, psixoloqların “böhran dönəmi” kimi adlandırdığı -14-15 yaş təşkil edir. Həmçinin stresslə baş edə bilməməyin də sonu intihara gedib çıxa bilir.

İntihara hazırlaşan insanlarda ən çox yaranan fikirlərdən biri də “Mən necə rahat ölə bilərəm?” sualıdır. Aparılan araşdırmalar göstərir ki, intihar edən insanlara aid sosial şəbəkələrdə, digər hesablarda ən çox axtarılan və izlənilən rahat və ağrısız şəkildə ölümlə bağlı yazılardır.

Ona görə də, övladınız ələlxüsus yeniyetməlik dönəmində ölümlə bağlı fikirlər səsləndirirsə və ya valideynlər bu halla bağlı nələrsə hiss edirlərsə onlarlar danışmalı, problemlərini öyrənməlidirlər. Əks halda, yəni məsələ həll edilmirsə mütləq zamanında psixoloq dəstəyi alınmalıdır. Psoxoloq konsultasiyalar zamanı övladınıza doğru suallar ünvanlayaraq onun psixoloji vəziyyətini analiz edir və problemlərin həllində ona kömək olur.

İnsan tək deyil,yalnız yaldığı zaman intihar yolunu seçir.

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!