Autizm spektr pozuntusunun müalicəsində erkən müdaxilə vacibdir!

Autizm spektr pozuntusunun müalicəsində erkən müdaxilə vacibdir!

Autizm spektr pozuntusunun müalicəsində erkən müdaxilə çox vacibdir, çünki uşağın sosial və davranış inkişafında bu mərhələ həyati əhəmiyyət daşıyır. Valideynlərin bəzən gözləməsi və uşaq 3-4 yaş yarımına çatana qədər mütəxəssisə müraciət etməməsi ciddi bir yanlışlıqdır. Halbuki, autizmin əlamətləri artıq 1 yaşından etibarən özünü biruzə verməyə başlayır. Xüsusilə, 1,5 yaşında uşağın əvvəl aktiv olub, gülərək oynadığı halda, birdən-birə passivləşməsi, tək başına oynamağa başlaması valideynləri narahat etməlidir. Autizm spektr pozuntusunun müalicəsində erkən müdaxilə vacibdir, çünki bu əlamətlər dərhal dəyərləndirilməlidir və vaxtında mütəxəssis dəstəyi alınmalıdır.

Autizmin Əlamətləri və Vaxtında Müdaxilənin Əhəmiyyəti

Autizmin ilk əlamətləri erkən yaşda müşahidə oluna bilər. Uşağın 18 aylıq olmasına baxmayaraq, nitqində 30-dan çox söz yoxdursa, adına reaksiya vermirsə, tək başına qalmağa üstünlük verirsə, və dönən əşyalara xüsusi maraq göstərirsə, valideynlər ciddi şəkildə bu vəziyyəti diqqətə almalıdır. Autizm spektr pozuntusu diaqnozunda erkən müdaxilə uşağın gələcək inkişafını istiqamətləndirmək üçün əsasdır. Kompleks terapiya, loqoped və psixoloq dəstəyi ilə aparılan müalicə metodları, erkən mərhələdə başlanarsa, uşağın sosial bacarıqlarının inkişafına böyük təsir göstərə bilər.

Eyni zamanda, autizm risk qrupuna daxil olan uşaqların indeks dəyərləri 68-dən yuxarı olarsa, bu artıq potensial təhlükə siqnalıdır. İndeksin 84-dən yuxarı olması isə autizmin ağır forması sayılır və dərhal mütəxəssis müdaxiləsinə ehtiyac olduğunu göstərir. Autizm spektr pozuntusunun müalicəsində erkən müdaxilə və professional dəstək, uşağın həyat keyfiyyətini artırmaq üçün əvəzolunmaz bir addımdır.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

Hazırladı-Səbinə Hüseyinova

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });