“Yuxu pozuntusu və onun psixoloji səbəbləri”

“Yuxu pozuntusu və onun psixoloji səbəbləri”

Bu gün dünyada Beynəlxalq Yuxu Günü (World Sleep Day) qeyd edilir. Yuxu günü ilk dəfə 2008-ci ildə qeyd olunub və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yuxu və sağlamlıq problemləri layihəsi çərçivəsində qeyd olunur.

Günümüzdə ən aktual problemlərədn biri də yuxu pozuntusudur. Son dövrlərdə yuxu pozuntusundan əziyyət çəkən insanların sayı getdikcə artmaqdadır. Mütəxəssislər hesab edir ki, normal yuxu vaxtı 7-9 saat arası olmalıdır. Hər kəs bir neçə gecə yuxusuzluqdan əziyyət çəkə bilər, ancaq bu vəziyyət həftələr və ya aylarla davam edərsə, yuxusuzluq və ya xroniki yuxusuzluq kimi qeyd edilə bilər. Təbii ki, normal yuxu vaxtının olmaması insanların həyatına təsir edir, həyat keyfiyyətini aşağı salır. Yuxusuzluq hər yaşda baş verə bilər, lakin qadınlarda və yaşlılarda daha çox rast gəlinir. Gərgin iş rejimi, xroniki stress, depressiya, texnoloji vasitələrdən hədsiz istifadə və s. kimi hallar yuxusuzluq problemi yarada bilər.  Yatmadan öncə ağır qidalar, qazlı içkilər qəbul etmək də yuxusuzluq yarada bilir. Bu problem birbaşa olaraq insan psixologiyasına da mənfi təsir edir. Zaman keçdikcə psixoloji pozuntu halına da keçə bilir. Ona görə də ilk növbədə insan yuxu vaxtına diqqət etməlidir. Çünki insan normal yuxu aldıqda bir o qədər psixoloji müqaviməti,dayanıqlılığı artır və bu onun həyat keyfiyyətinə, ətrafi ilə münasibətinə müsbət mənada təsir göstərir.

Artıq, bu hallar həyat fəaliyyətimizə, ailəmiz və ətrafımız ilə münasibətimizə təsir edirsə mütləq professional dəstək almaq lazımdır. Yuxu problemi olan insanlarda aqressiya, əsəbilik, stress, gərginlik daha çox görülən hallar sırasındadır. Bu problemin aradan qaldırılması üçün zamanında psixoloq dəstəyi və dərman müalicəsi lazımdır. Həmçinin mərkəzimizdə olan səyyar aparatlar da bu problemin aradan qaldırılmasında kömək edir. Belə ki, səyyar aparatımız  terapiya müddətində pasientdə qalır. Aparatın dozası tənzimlənir və pasientə səyyar aparatın işlənmə qaydası izah ediildi. Yatmamışdan 15 dəqiqə əvvəl aparatı başına qoşur. Bir neçə dəfədən sonra artıq fərq görünməyə başlayacaqdır.

Orqanlarımızın normal çalışması, sinir sistemimizin normada olması və həmçinin də  psixoloji cəhətdən sağlam olmaq üçün vacib amillərdən biri də yuxu rejimimizin qaydasında olmasıdır!

Hazırladı-Səbinə Hüseyinova

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });