“Narsist şəxsiyyət tipi olan İnsanlar empatiya qura bilmir“ – PSİXOLOQ DANIŞDI
“Əvvəlcə onu bildirməliyəm ki, praktikamda narsist şəxsiyyət tipi ilə çox qarşılaşmışam. Son zamanlar bununla bağlı da çox suallar alırıq. Məsələn: “Qarşımızdakı insanın narsist olduğunu hansı hərəkətlərindən anlaya bilərik? Bu cür insanlarla münasibət qurarkən nələrə diqqət etmək lazımdır?” və s. qeyd etmək olar. İlk öncə vurğulamalıyam ki, narsist şəxsiyyət tipi olan insanlar empatiya qura bilmir, daima […]
Övladınının pornoqrafik video və şəkillərə baxdığını bilən valideynlər nə etməlidir?
Bu hal son vaxtlar xüsusən azyaşlı uşaqlarda, yetkinlik yaşına çatmayan uşaqlarda daha çox görülür. Valideynlər narahatlıq keçirərək müxtəlif suallar ünvanlayır və çıxış yolunun necə olduğunu bildirirlər. Hətta bir çox valideynlər övladının paltarsız şəklillərini çəkdiyini müşahidə etdiyini və göstərilən təzyiqlərdən sonra onu sildiyini bildirir. Lakin, bir müddət sonra məlum olur ki, övladı həmin şəkilləri silməyib başqa […]
Uşaqlara bu yaşdan cinsi tərbiyə verilməlidir – Diqqət! – Psixoloq fikri
“İlk olaraq vurğulamalıyam ki, “cinsi tərbiyə”, “uşaqların seksual inkişafı”, “uşaqlarla bu mövzu ilə hansı yaş dönəmində danışılmalıdır?” və s. kimi mövzular aktual və maarifləndirməyə ehtiyac olan mövzular sırasındadır. Bilirik ki, artıq 9 yaşdan sonra uşaqlarda cinsi yetişkənlik yaşı, bu yaşdan etibarən onların özünü oğlan və ya qız kimi kəşf etmə dönəmi başlayır. Ancaq bunu da […]
Şəhid Emin Əliyevin oğlununun terapiyasını təmənnasız şəkildə Narınc Rüstəmova üzərinə götürdü
Şəhid Emin Əliyevin atası nəvəsi Üzeyir üçün Narınc Rüstəmovaya müraciət etdi.Şəhidimiz Əliyev Emin Eldəniz oğlu 18 dekabr 1990-cı ildə Şəmkir rayonunda anadan olmuşdur. O, Qarabağ müharibəsində ən şiddətli döyüşlərin getdiyi yerlərdən birində Kəlbəcər rayonunun Ömər aşırımı adlanan dağ keçidində şəhid olmuşdur.Şəhidimizin övladı, Üzeyir balamızın 6 yaşı olsa da yaşıdlarından geri qalıb. Belə ki, zəkası 6 […]
Bəzi uşaqların yalan danışmasında günahkar kimdir?
“Yalan hamı tərəfindən ayıblanan bir haldır. Azyaşlı uşaqların yalan danışması halları ilə tez-tez rastlaşırıq və bu valideynləri narahat edən məsələlər sırasındadır. Ancaq valideynlər uşağın xəyal gücü, təxəyyülü ilə nəyisə ifadə etdiklərini və ya yalan danışdığını ayırmalıdır. Çünki, 3-5 yaş arasındakı uşaqların xəyal gücləri çox zəngin olur”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin […]
Qadın və uşaq hüquqları ilə bağlı dövlət tədbirində uzman-klinik psixoloq Narınc Rüstəmova da iştirak etdi
3 oktyabr 2023-cü ildə “BMT-nin Uşaq Hüquqları Komitəsinin və Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsi üzrə Komitəsinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda konfrans keçirilib. Konfransda Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri-Bahar Muradova, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri-Ceyran Rəhmətullayeva, Ailə,Qadın və […]
Yeni Azərbaycan Partiyasında “Müəllimlər günü” İlə bağlı tədbirdə Narınc Rüstəmova da iştirak edib
2 oktyabr 2023-cü ildə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatı tərəfindən “5 oktyabr-Müəllimlər günü” ilə bağlı tədbir keçirilib. Tədbirə Narınc Psixologiya Mərkəzinin təsisçi-rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova da dəvət edilib və təltifə laiq görülüb. Tədbirin açılışını Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov edib. Vüsar İsmayılov bu günün əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin bu […]
“Panik atak və səbəbləri”
29 sentyabr bütün dünyada Dünya Səhiyyə Təşkilatı və Ürək Federasiyası tərəfindən “Dünya ürək günü” kimi qeyd olunur. Zərərli vərdişlər, tütün məmulatlarından istifadə,həmçinin stress, əsəb, həyəcan və digər psixoloji faktorlar da ürək-damar xəstəlikləri riskini artırır. Son dövrlər isə panik atak problemi ilə bağlı istər gənclər, istərsə də orta yaşlı insanlar nevropataloqlara, psixiatrlara və psixoloqlara tez-tez müraciət […]
Qazi Baxşızadə Kamranın həyat yoldaşı qızında olan kəkələmə probleminə görə Narınc Rüstəmovaya müraciət etdi
Baxşızadə Kamran İsa oğlu 1989- cu ildə Naxçıvan şəhərində anadan olub. O, 2004-2007-ci illərdə H.Əliyev adına hərbi liseyi, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasını oxuyub. Kamran Baxşızadə 2016-cı ildə aprel döyüşlərində iştirak edib və müxtəlif medallarla təltif edilib. Qazimizin həyat yoldaşı Gülmirə xanım qızı Natalidə olan kəkələmə probleminə görə mərkəzimizə müraciət […]
Autizm spektr pozuntusu olan Hüseyinin nənəsi Narınc Rüstəmovaya müraciət etdi
Vəliyeva Gülarə Hüseyn balanın nənəsidir. O, nəvəsində olan problemlərə görə mərkəzimizə müraciət etmişdir. Belə ki, Hüseyn bala çox hiperaktivdir, bir yerdə dayana bilmir, həmçinin onda ağır dərəcədə autizm spektr pozuntusu da müşahidə olunur. Eyni zamanda Hüseyin balanın nitqində, danışığında da problem var. Danışa bilmədiyi üçün də əsəbiləşir, aqressivləşir. Hüseyn balanın məhz problemlərindən qurtulması üçün nənəmiz […]