Hiperaktivliyi olan Heydər balanın terapiyasını Narınc Rüstəmova öz üzərinə götürdü
Heydər balanın 6 yaşı var və Tovuz rayonunda yaşayır. Bu yaşda uşaqlar artıq sərbəst danışa və öz fikirlərini ifadə edə bilsələr də, ancaq Heydər balada bu tam fərqlidir. Belə ki, balamızda nitq ləngiməsi, nitq qüsurları var, ona görə də o danışa bilmir. Danışa bilmədiyi üçün məktəbə də gedə bilmir, həmçinin bu probleminə görə ətrafı, həmyaşıdları […]
Terapiyası yarım qalan Saleh balaya Narınc Psixologiya Mərkəzi təmənnasız dəstək göstərəcək
Saleh balanın 5 yaşı var. Onda hələ bir yaşından etibarən bir çox problemlər müşahidə edilməyə başlayıb. Belə ki, Saleh balamızda nitq inkişafında ləngimələr var. Həmçinin, diqqət əskikliyi və əqli inkişafında da müəyyən geriləmələr var. Qeyd edək ki, balamızda nitq qüsurları və müəyyən problemlər var idi. Müəyyən müddət mərkəzimizdə olub və bu problemləri bir qədər qədər […]
Narınc Psixologiya Mərkəzinin “Ən yaxşı Ana” Layihəsi
3 mart 2023-cü il Narınc Psixologiya Mərkəzinin tarixində əlamətdar bir gün kimi yadda qaldı. Belə ki, Narınc Psixologiya mərkəzi tərəfindən övladına hər zaman xüsusi qayğı və diqqətlə yanaşan, bu çətin yolda bizimlə birgə çiyin-çiyinə addımlayan, bizə, övladının terapiyasına bir valideyn, ana, nənə kimi dəstək olan zəhmətkeş xanımlarımızı “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətiylə təbrik etdik […]
“Abitruyentlərdə İmtahan həyəcanı”
Abituriyentlərin, ümumən imtahan verənlərin fənn hazırlığı ilə yanaşı paralel olaraq psixoloji hazırlığı məsələsi hər zaman cəmiyyətin gündəmində olan məsələlərdəndir. İmtahana psixoloji hazırlıq, imtahan prosesində imtahan verən şəxslərin psixo-emosional sferası, bütün bunların onların imtahan nəticələrinə təsiri və ümumən imtahan psixologiyası haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- […]
“Xərçəng xəstələrinin psixologiyası”
İlk öncə vurğulamaq lazımdır ki, xəstəliyin, xəstəlik dönəmini yaşayan uşaq və böyüklərin psixoloji vəziyyəti müxtəlif olur, xüsusən xərçəng xəstəliyindən əziyyət çəkən insanlarda bu vəziyyət daha həssas olur. Onlar həyatını itirə biləcəyinin, ölə biləcəyi riskinin daha yaxından fərqinə varırlar. Bu prosesə də hər kəs fərli reaksiya verə bilir, kimisi depressiyaya düşür, kimisi bunu qəbul etmək istəmir, […]
“Təcavüz görmüş uşaq və böyüklərin psixologiyası”
Cəmiyyətdə bütün dövrlərdə aktual və daima müazirələrə səbəb olan mövzulardan biri də təcavüz görmüş insanlar, xüsusilə bu halla üzləşən uşaqların psixologiyasıdır. Təbii ki, belə halları yaşamaq insan psixologiyasın mənfi təsir edir, ələlxüsus təəssüf ki, uşaqların psixologiyasına zərbə vurur. Təsadüfi deyil ki, mövzu ilə bağlı yetkin insanlardan, həmçinin bu vəziyyətin qurbanı olmuş uşaqların valideynlərindən də psixoloqlara […]
“Uşaqların çəkdiyi şəkillər onların psixoloji vəziyyətindən xəbər verir?”
Bilirik ki, rəsim çəkmək və rəngləmək uşaqların ən sevdiyi məşğuliyyətlərindən biridir. Günümüzdə karandaşlarla, flomasterlərlə rəsm çəkməyi, boyamağı sevməyən yəqin ki, çox az uşaqlar vardır. Bəs bilirsinizmi onların çəkdiyi rəsmlərlə müəyyən mənada onların psixoloji vəziyyətini aşkar etmək olar. Hətta nəinki psixoloji vəziyyətlərini bu rəsmlər həm də, uşaqların zəka və intellekt bacarıqlarının müəyyənləşdirilməsinə kömək edə bilər. Elə […]
“Uşaqlarda çeynəmə problemi”
Uşaqlarda, xüsusilə kiçik yaşlı uşaqlarda çeynəmə çətinliyi tez-tez rast gəlinən problemdir. Valideynlər çox vaxt “ Övladım qidanı çeynəməkdə çətinlik çəkir, nə edə bilərəm?” və ya “Övladımda çeynəmə problemi var, bunun loqopedik müalicəsi varmı?” bu tip suallar ünvanlaya bilirlər. İlk öncə onu vurğulamaq lazımdır ki, çeynəmə əzəzləri aktiv olan uşaqların nitq inkişafları da normal olur. Yəni, […]
“Uşaqlarda adaptasiya problemi”
Adaptasiya çətinliyi insanlarda, xüsusilə kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında tez-tez rast gəldiyimiz hallardan biridir. Adaptasiya sözü latınca olan “adaptatio” uyğunlaşdırıram sözündən götürülüb və uyğunlaşma deməkdir. Yəni uşağın, yeniyetmənin tanımadığı bir mühitdə olarkən ora uyğunlaşma mərhələsidir. Burada bəzi valideynlərin də etdiyi yanlışlıqlar vardır ki, onlar uşaqlardan yeni bir mühitə düşərkən qısa zaman ərzində ora uyğunlaşmasını, […]
“Hiperaktivliyi olan Muradın valideyni Narınc Rüstəmovaya müarciət etdi”
Şənanə Tahirova oğlu Tahirov Muradın problemləri üçün Narınc Psixologiya Mərkəzindən yardım istədi. Belə ki, Murad balamızda hiperaktivlik sindromu müşahidə edilir. O, çox aktivdir, sözə qulaq asmır, edəcəklərinin nəticəsini düşünmədən hərəkət ediir. Həmçinin diqqətini cəmləməkdə çətinlik çəkir, diqqət əskikliyi var. Eyni zamanda onda hərəkətlilik müşahidə olunur və bu öz yaşıdlarından diqqət çəkəcək qədər çoxdur. Evdə valideynlərin sözünü […]