Kəkələmə, danışıq aparatında yaranan qıcolmalarla əlaqəli olaraq nitqin ritm və sürətində pozulmalarla müşahidə edilən bir problemdir. Kəkələmə üç səviyyədə fərqləndirilir: yüngül, orta və ağır. Bu səviyyə nitq müayinəsi zamanı aparılan söhbətlə müəyyən olunur və müayinə prosesi videolentə alınır. Bu addım, sonrakı günlərdə müalicə nəticələrini izləmək kəkələmənin psixo-pedoqoji korreksiyası üçün çox əhəmiyyətlidir.
Kəkələmənin səviyyəsinə uyğun olaraq, 14-27 günlük proqram əsasında fərdi məşğələlər təyin edilir. Hər gün proqram üzrə ritmik nəfəs çalışmaları, ara vermədən və davamlı şəkildə 2-3 saat müddətində həyata keçirilir. Təlimatlara uyğun çalışdıqda, proqram iştirakçılarında 6 gün ərzində oxumaqda, 9 gün ərzində isə danışıqda nəzərəçarpan irəliləyiş müşahidə edilir.
Kəkələmənin psixo-pedoqoji korreksiyası proqramı dörd əsas hissədən ibarətdir:
- Dinləmə
- Səsli oxuma
- Pıçıltılı oxuma (nəfəs çalışmaları)
- Oxuma məşğələləri
Bu proqramın məqsədləri genişdir və aşağıdakı aspektləri əhatə edir:
- Yanlış nitq vərdişinin beyindən təmizlənməsi
- Eşitmə diqqəti və səs tələffüzü pozuntularının düzəldilməsi
- Nitq və tənəffüs ritminin və sürətinin normallaşması
- Nitq qıcolmalarının aradan qaldırılması
- Qısa müddətdə axıcı və rahat danışıq bacarığının əldə edilməsi
- Müstəqil nitq vərdişlərinin möhkəmləndirilməsi
- Kəkələyənin sosial adaptasiyasının təşkili
Müvəffəqiyyət əldə etmək üçün müalicə prosesinə və kəkələmənin psixo-pedoqoji korreksiyası inam çox vacibdir. Bu məqsədə çatmaq üçün şəxsdən həm iradə, həm də davamlı əmək tələb olunur.
KƏKƏLƏMƏ QƏDƏRİNİZ DEYİLDİR! DÜZGÜN VƏ AXICI DANIŞMAQ BİZİM KÖMƏYİMİZLƏ SİZİN ƏLİNİZDƏDİR!